Material mühəndisi (Müşfiqabad q.)
North WestMaterial mühəndisi — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 5 октября 2026 г.
- Приём заявок до
- 4 ноября 2026 г.
- Категория
- Инженерия и техника
О вакансии
North West ищет сотрудника на должность «Material mühəndisi» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə Öhdəlikləri
- Materialların xassələrinin tədqiqi və layihə tələblərinə uyğunluğunun qiymətləndirilməsi.
- Prefabrik beton məmulatlarının istehsal prosesində materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi.
- İstehsalda istifadə olunan sement, aqreqat, armatur, beton qarışığı və digər materialların qəbulunun və uyğunluğunun yoxlanılması.
- Armatur karkaslarının, qəliblərin istehsaldan əvvəl və istehsal prosesində yoxlanılması.
- Beton qarışığının hazırlanması, qəlibə yerləşdirilməsi, sıxlaşdırılması və bərkimə proseslərinə nəzarət edilməsi.
- Təsdiq olunmuş beton qarışıq tərkibinə uyğun olaraq beton istehsal prosesinə nəzarət edilməsi.
- Beton və digər materiallar üzrə laborator və istehsalat sınaqlarının təşkili, nəticələrin izlənilməsi və qiymətləndirilməsi.
- Material sınaqlarının təhlil edilməsi və müvafiq hesabatların hazırlanması.
- Hazır prefabrik beton məmulatlarının vizual, ölçü və keyfiyyət baxımından yoxlanılması.
- Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması, izlenilməsi və düzəldici tədbirlərin müəyyən edilməsində iştirak edilməsi.
- Materialların düzgün saxlanması, istifadəsi və izlenilə bilməsinin təmin edilməsinə nəzarət edilməsi.
- İstehsal və keyfiyyətə nəzarət üzrə yoxlama, sınaq və hesabat sənədlərinin hazırlanması.
- İstehsal zamanı baş verən uyğunsuzluqların aidiyyəti üzrə məsul şəxslərə bildirilməsi.
- İstehsal üçün uyğun materialların və aqreqat mənbələrinin müəyyən edilməsində iştirak edilməsi.
- Karxanalardan və digər mənbələrdən daxil olan aqreqatların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.
- Materialların istifadəsi zamanı ətraf mühit və təhlükəsizlik tələblərinin nəzərə alınması.
- KT/KН və SƏTƏM prosedurlarının tələblərinə riayət edilməsi.
- Keyfiyyətin idarəedilməsi Planının icrasına iştirak edilməsi və aidiyyəti keyfiyyət tədbirlərinə nəzarət edilməsi.
- İstehsalat sahəsində, laboratoriyada və sahə ofisində vəzifə üzrə tələb olunan fəaliyyətlərin həyata keçirilməsi.
Tələblər
- Mühəndislik üzrə bakalavr dərəcəsi
- Müvafiq iş təcrübəsi minimum 3 il
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Material mühəndisi ((Müşfiqabad q.)” başlığı ilə göndərməklə edə bilərsiniz.