Memar – Layihələndirmə üzrə mütəxəssis
Shaurma N1Вакансия архитектора в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 12 ноября 2026 г.
- Приём заявок до
- 12 декабря 2026 г.
- Категория
- Строительство и недвижимость
Вакансии в категории «Строительство и недвижимость» в городе Баку
О вакансии
Shaurma N1 ищет архитектора в Баку. Полная занятость. Отклик напрямую работодателю.
İş yeri: Bakı
Shaurma N1 komandamıza qoşulmaq üçün AutoCAD proqramı üzrə biliklərə, güclü estetik zövqə və məkan planlaşdırılması bacarığına malik Memar – Layihələndirmə üzrə mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri
- Obyektlərə yerində baxış keçirərək ölçülərin götürülməsi;
- Götürülmüş ölçülərin əl eskizi və plan üzərində düzgün qeyd edilməsi;
- Ölçülərin AutoCAD proqramında dəqiq plan və texniki çertyoj formasına salınması;
- Mövcud obyektlərin planlarının hazırlanaraq layihələndirmə şöbəsinə təqdim edilməsi;
- Kafe və restoranların real ölçülərinə uyğun layihələndirilməsi;
- Restoranların funksional planlaşdırılması, mebel və avadanlıqların yerləşiminin işlənilməsi;
- Layihələr üzrə zəruri düzəlişlərin və yenilənmələrin aparılması;
- Layihələrin təqdimat və sonrakı icra mərhələsinə hazırlanması.
Namizədə dair tələblər
Mütləq tələblər:
- AutoCAD proqramını yaxşı səviyyədə bilmək;
- Obyektlərdə ölçü götürmək və ölçüləri düzgün şəkildə layihəyə köçürmək bacarığı;
- Plan və texniki çertyojları oxumaq və hazırlamaq bacarığı;
- Məkanın funksional və düzgün planlaşdırılması üzrə biliklər;
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
- Microsoft Word və digər ofis proqramları üzrə ümumi biliklər.
Üstünlük hesab olunur:
- SketchUp proqramında işləmək bacarığı;
- 5D Render proqramlarında işləmək bacarığı;
- Lumion proqramını bilmək;
- 3D modelləşdirmə və vizuallaşdırma üzrə ilkin və ya orta səviyyədə təcrübə.
Namizəddən gözləntilər
- Güclü estetik zövq və dizayn düşüncəsi;
- Rəng seçimi və rənglərin uyğunlaşdırılması qabiliyyəti;
- Məkanın imkanlarını düzgün qiymətləndirmək bacarığı;
- Detallara qarşı diqqətli və dəqiq olmaq;
- Ölçülərdə və texniki çertyojlarda səhvsiz işləməyə həssas yanaşmaq;
- Verilən tapşırıqları müstəqil araşdırmaq və nəticəyə çatdırmaq bacarığı;
- Komanda ilə işləmək və layihələr üzrə düzəlişləri operativ tətbiq etmək;
- Obyektlərə yerində baxış keçirmək və ölçü götürmək üçün səfərlərə hazır olmaq.
İş prosesinin əsas mərhələləri
- Obyektə yerində baxış → Ölçülərin götürülməsi → Əl eskizi → AutoCAD planı → Layihənin hazırlanması və məkanın funksional planlaşdırılması → Konseptin obyektin real ölçülərinə uyğunlaşdırılması → Təqdimat → Düzəlişlər → Yekun layihə
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və mövcud olduğu halda hazırladıqları layihə portfoliolarını mövzu hissəsində “Memar – Layihələndirmə üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: AutoCAD proqramı üzrə biliklər əsas və mütləq tələbdir. SketchUp, 5D Render və Lumion proqramlarını bilmək namizəd üçün əlavə üstünlük hesab olunur.
Shaurma N1 komandasında karyera imkanına qoşulun!