Smeta üzrə aparıcı mühəndis
Avant ConstructionВакансия сметчика в Баку
Зарплата: от 3 000 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 5 ноября 2026 г.
- Приём заявок до
- 5 декабря 2026 г.
- Категория
- Строительство и недвижимость
Вакансии в категории «Строительство и недвижимость» в городе Баку
О вакансии
Avant Construction ищет сметчика в Баку. Полная занятость, зарплата 3 000 AZN. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- Layihə sənədləri (çertyojlar, spesifikasiyalar, texniki tapşırıqlar) əsasında BOQ-ların hazırlanmasına və yoxlanmasına rəhbərlik etmək.
- BOQ strukturunun Şirkətin Cost Code və WBS standartları ilə uyğunluğunu təmin etmək.
- Həcm hesablamalarının (QTO) dəqiqliyini seçmə yoxlamalarla təsdiqləmək.
- Yerli və beynəlxalq tenderlər üçün smeta və qiymət təkliflərinin hazırlanmasını təşkil etmək, son qiyməti təsdiqə təqdim etmək.
- Tender risklərini, istisnaları və fərziyyələri müəyyən etmək və rəhbərliyə təqdim etmək.
- Sifarişçi və məsləhətçi ilə smeta və qiymətlər üzrə danışıqlarda iştirak etmək; müqavilə şərtləri üzrə danışıqları Kommersiya Şöbəsi ilə birlikdə aparmaq.
- Resurs (material, işçi qüvvəsi, texnika) əsaslı smetaların və vahid qiymət analizlərinin hazırlanmasına nəzarət etmək.
- Smetaların qüvvədə olan normativlərə, qiymət bazalarına və bazar qiymətlərinə uyğunluğunu təmin etmək.
- Daxili qiymət bazasını (material, iş və vahid qiymətlər) yaratmaq və müntəzəm yeniləmək; başa çatmış layihələrin faktiki qiymətlərini bazaya əks etdirmək.
- Böyük tender paketləri üzrə təkliflərin müqayisəli cədvəllərini hazırlamaq və onları tender öncəsi smeta ilə müqayisə etmək.
- Anormal aşağı və ya yüksək qiymətləri, scope boşluqlarını və istisnaları müəyyən etmək, Satınalma və Kommersiya şöbələrinə rəy vermək.
- Kommersiya Şöbəsinin sorğusu əsasında layihə dəyişiklikləri və əlavə işlər üzrə smetaları hazırlamaq və əsaslandırmaq.
- VO qiymətlərinin müqavilə vahid qiymətlərinə və qiymətləndirmə qaydalarına uyğunluğunu təmin etmək.
- Müqavilə imzalandıqdan sonra təsdiqlənmiş smetanı büdcəyə çevrilmək üçün Cost Code üzrə strukturlaşdırılmış formada Lead Cost Control-a təhvil vermək.
- Smeta mütəxəssislərinin işini bölüşdürmək, yoxlamaq və onlara metodiki dəstək vermək.
- PMO-nun müəyyən etdiyi metodologiya çərçivəsində smeta prosedurlarının və şablonlarının hazırlanmasında iştirak etmək.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi, kəmiyyət ölçmə (Quantity Surveying) və ya əlaqəli sahə).
- Smeta sahəsində minimum 7 il, o cümlədən aparıcı vəzifədə minimum 3 il təcrübə.
- Yerli smeta normativləri və beynəlxalq təcrübə (NRM, AACE) üzrə biliklər.;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
Əmək şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı: 3000 - 4000 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Smeta üzrə aparıcı mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.