Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Kadrlar üzrə 1C məsləhətçi

Alarna MMCВакансия консультанта в Баку

Зарплата: от 800 ₼ / мес.

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
19 ноября 2026 г.
Просмотры
643
Отклики
53
Приём заявок до
19 декабря 2026 г.

Вакансии в категории «Финансы, банк и страхование» в городе Баку

О вакансии

Alarna MMC ищет консультанта в Баку. Полная занятость, зарплата 800 AZN. Отклик напрямую работодателю.

ALARNA — mühasibat uçotunun avtomatlaşdırılması, eləcə də istehsal, pərakəndə və maliyyə təşkilatları üçün kompleks proqram həllərinin hazırlanması və tətbiqi sahəsində 20 ildən artıq təcrübəyə malik konsaltinq şirkətidir.

Genişlənən komandamıza qoşulacaq, kadr uçotu və əməkhaqqı proseslərini 1C platformasında müştərilərin real layihələrində qurmaq, tətbiq etmək və istifadəçilərə dəstək göstərmək istəyən “Kadrlar üzrə 1C məsləhətçi” axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Müştərilərin kadr uçotu və əməkhaqqı proseslərini təhlil etmək, biznes tələbləri toplamaq və sənədləşdirmək;
  • 1C:Əməkhaqqı və personalın idarə edilməsi (1C:ZUP) və ya 1C:ERP sistemlərinin kadr uçotu modulunun müştərilərdə tətbiqini və qurulmasını təmin etmək;
  • Təşkilati struktur, ştat cədvəli, işçi məlumatları və digər normativ-məlumat bazasının sistemə daxil edilməsi və ya köçürülməsi işlərini aparmaq;
  • İşə qəbul, başqa işə keçirmə, əmək müqaviləsinə dəyişiklik, məzuniyyət, ezamiyyət və xitam əməliyyatlarının 1C-də düzgün əks olunmasını təmin etmək;
  • İş vaxtının uçotu, əməkhaqqı hesablanması, vergi və sosial ödənişlərin Azərbaycan qanunvericiliyinə uyğun qurulmasında iştirak etmək;
  • ƏMAS altsistemi ilə məlumat mübadiləsinin qurulması, məlumatların yoxlanılması və uyğunlaşdırılması işlərini həyata keçirmək;
  • Əmrlər, əmək müqavilələri, arayışlar və hesabatların çap formalarının qurulması və təkmilləşdirilməsi üzrə tapşırıqlar vermək;
  • Texniki tapşırıqlar, funksional tələblər, metodoloji sənədlər və istifadəçi təlimatları hazırlamaq;
  • Sistemin qəbul testlərini aparmaq, yaranan xətaları araşdırmaq və proqramçılarla birgə həll etmək;
  • İstifadəçilər üçün təlim və konsultasiyalar keçirmək, tətbiqdən sonrakı dəstək xidmətini göstərmək;
  • Əmək qanunvericiliyindəki dəyişikliklərə uyğun olaraq 1C konfiqurasiyalarının yenilənməsində və yoxlanılmasında iştirak etmək.

Namizədə dair tələblər

  • İnsan resurslarının idarə edilməsi, iqtisadiyyat, hüquq, informasiya texnologiyaları və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Kadr uçotu və ya əməkhaqqı sahəsində minimum 2 il iş təcrübəsi;
  • 1C:ZUP və ya 1C:ERP (kadr və əməkhaqqı modulları) sistemlərində istifadəçi və ya məsləhətçi səviyyəsində praktiki təcrübə;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər;
  • İşə qəbul, əmək müqaviləsinə dəyişiklik, xitam, məzuniyyət və ezamiyyət proseslərinin sənədləşdirilməsi üzrə praktiki bilik;
  • Əməkhaqqı hesablanması, vergi və sosial sığorta (DSMF) ödənişləri üzrə biliklər;
  • ƏMAS altsistemində işləmək bacarığı;
  • Biznes proseslərin təhlili və sənədləşdirilməsi bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Rus dili biliyi (yazılı və şifahi), 1C interfeysi, sənədləşməsi və texniki ədəbiyyatla rus dilində işləmək bacarığı;
  • Yazılı və şifahi kommunikasiya, komanda ilə işləmək və problem həll etmə bacarıqları.

Üstünlük hesab olunur

  • 1C üzrə peşəkar sertifikat;
  • 1C:ZUP üzrə praktiki layihə təcrübəsi;
  • 1C:ERP üzrə əmək haqqı və kadr uçotu modulu haqqında bilik;
  • Əmək haqqı hesablanması və kadr uçotu üzrə konsultant kimi iş təcrübəsi;
  • Kadr uçotu və əməkhaqqı proseslərinin avtomatlaşdırılması layihələrində iştirak təcrübəsi;
  • Konsaltinq və ya IT şirkətində, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrlə iş təcrübəsi;

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətlilik və dəqiqlik;
  • Detallara diqqət və sistemli yanaşma;
  • Analitik düşüncə və təşəbbüskarlıq;
  • Məxfi məlumatlarla işləmək etikası;
  • Müştəriyönümlülük və effektiv ünsiyyət;
  • Komandada işləmək və yeni bilikləri öyrənməyə həvəs.

Biz nə təklif edirik?

  • Stabil və inkişaf edən konsaltinq şirkətində iş imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Müxtəlif şirkətlər üzrə real kadr uçotu və 1C layihələrində iştirak;
  • 1C sertifikatlaşdırma üçün təlim və mentorluq dəstəyi;
  • Peşəkar və dinamik komanda ilə iş;
  • Rəsmi əmək müqaviləsi;
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
  • Əməkhaqq, namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Похожие вакансии