Перейти к содержимому
GoJob

Elektromexanik

İKMA AzərbaycanВакансия механика в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
29 октября 2026 г.
Приём заявок до
28 ноября 2026 г.

Вакансии в категории «Инженерия и техника» в городе Баку

О вакансии

İKMA Azərbaycan ищет механика в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Əsas vəzifə və öhdəliklər

  • Lift, eskalator və travelator sistemlərinə planlı texniki xidmətin göstərilməsi;
  • Texniki çağırışlar və servis təmirlərinin müəyyən edilmiş qrafikə, çağırışa cavab müddətinə və keyfiyyət standartlarına uyğun yerinə yetirilməsi;
  • Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • Liftlərin və digər qaldırıcı qurğuların mexaniki, elektrik və elektron komponentlərinin yoxlanılması və təmiri, nasaz ehtiyat hissələrinin dəyişdirilməsi;
  • İşlərin texniki xidmət təlimatlarına və təhlükəsizlik qaydalarına tam uyğun aparılması, iş zamanı istifadəçilərin və obyektin təhlükəsizliyinin təmin edilməsi;
  • Görülmüş servis işlərinin və çağırışların ERP proqramında qeydə alınması və icra vəziyyətinin yenilənməsi;
  • Servis aktlarının, qüsur aktlarının və görülmüş işlər barədə aktların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Aşkar edilmiş nasazlıqlar, əlavə təmir ehtiyacları və texniki risklər barədə rəhbərliyə məlumat verilməsi;
  • Növbətçilik xidmətinin, o cümlədən ay ərzində bir neçə dəfə gecə növbətçiliyinin yerinə yetirilməsi və bu müddətdə daxil olan çağırışlar üzrə obyektlərə gedərək zəruri işlərin görülməsi;
  • Servis alətlərinin, ölçü cihazlarının və xidməti avtomobilin təhlükəsiz, saz və qaydasında saxlanılması;
  • Müştərilər və komanda üzvləri ilə düzgün kommunikasiya və koordinasiyanın təmin edilməsi

Namizədə tələblər

  • Elektrik və mexaniki sistemlərin iş prinsipləri haqqında biliklər;
  • Texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
  • Texniki sxemləri və avadanlıq sənədlərini oxumaq bacarığı;
  • Əl alətlərindən və ölçü cihazlarından düzgün istifadə bacarığı;
  • Təhlükəsizlik qaydalarına və iş prosedurlarına ciddi riayət etmək;
  • Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • B və C kateqoriyalı sürücülük vəsiqəsi.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Другие вакансии компании İKMA Azərbaycan

Вакансии İKMA Azərbaycan