Elektromexanik
İKMA AzərbaycanBakıda mexanik vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 29 oktyabr 2026
- Son müraciət tarixi
- 28 noyabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar
Vakansiya haqqında
İKMA Azərbaycan Bakıda mexanik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas vəzifə və öhdəliklər
- Lift, eskalator və travelator sistemlərinə planlı texniki xidmətin göstərilməsi;
- Texniki çağırışlar və servis təmirlərinin müəyyən edilmiş qrafikə, çağırışa cavab müddətinə və keyfiyyət standartlarına uyğun yerinə yetirilməsi;
- Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Liftlərin və digər qaldırıcı qurğuların mexaniki, elektrik və elektron komponentlərinin yoxlanılması və təmiri, nasaz ehtiyat hissələrinin dəyişdirilməsi;
- İşlərin texniki xidmət təlimatlarına və təhlükəsizlik qaydalarına tam uyğun aparılması, iş zamanı istifadəçilərin və obyektin təhlükəsizliyinin təmin edilməsi;
- Görülmüş servis işlərinin və çağırışların ERP proqramında qeydə alınması və icra vəziyyətinin yenilənməsi;
- Servis aktlarının, qüsur aktlarının və görülmüş işlər barədə aktların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Aşkar edilmiş nasazlıqlar, əlavə təmir ehtiyacları və texniki risklər barədə rəhbərliyə məlumat verilməsi;
- Növbətçilik xidmətinin, o cümlədən ay ərzində bir neçə dəfə gecə növbətçiliyinin yerinə yetirilməsi və bu müddətdə daxil olan çağırışlar üzrə obyektlərə gedərək zəruri işlərin görülməsi;
- Servis alətlərinin, ölçü cihazlarının və xidməti avtomobilin təhlükəsiz, saz və qaydasında saxlanılması;
- Müştərilər və komanda üzvləri ilə düzgün kommunikasiya və koordinasiyanın təmin edilməsi
Namizədə tələblər
- Elektrik və mexaniki sistemlərin iş prinsipləri haqqında biliklər;
- Texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
- Texniki sxemləri və avadanlıq sənədlərini oxumaq bacarığı;
- Əl alətlərindən və ölçü cihazlarından düzgün istifadə bacarığı;
- Təhlükəsizlik qaydalarına və iş prosedurlarına ciddi riayət etmək;
- Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- B və C kateqoriyalı sürücülük vəsiqəsi.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.