Mühasib
Baku Aqro AZ MMCВакансия бухгалтера в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 21 октября 2026 г.
- Приём заявок до
- 20 ноября 2026 г.
- Категория
- Бухгалтерия
О вакансии
Baku Aqro AZ MMC ищет бухгалтера в Баку. Полная занятость. Отклик напрямую работодателю.
“Baku Aqro Az” MMC istixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəsi olan namizədləri Mühasib vəzifəsinə dəvət edir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
- İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
- Məhsul istehsalı, yığımı, satışı və material sərfiyyatı üzrə uçotun aparılması;
- İstixana və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı xərclərin, gəlirlərin və məhsul qalıqlarının uçotuna nəzarət;
- Anbar əməliyyatlarının, materialların mədaxil və məxaricinin uçotunun aparılması;
- Əməkhaqqı hesablamalarının və bank əməliyyatlarının həyata keçirilməsi;
- Vergi və digər maliyyə hesabatlarının hazırlanmasında iştirak;
- Debitor və kreditor borclarının izlənilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə tələblər:
- Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- İstixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəyə üstünlük verilir;
- Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
- 1C və MS Excel proqramlarında işləmək bacarığı;
- Məhsul, material, anbar və istehsal xərclərinin uçotu üzrə biliklər;
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti.
İş şəraiti:
- İşəgötürən: “Baku Aqro Az” MMC
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
- Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti.
Müraciət etmək istəyənlər CV-ni “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.