Əsas məzmuna keç
GoJob

Mühasib

Baku Aqro AZ MMCBakıda mühasib vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
21 oktyabr 2026
Son müraciət tarixi
20 noyabr 2026
Kateqoriya
Mühasibatlıq

Vakansiya haqqında

Baku Aqro AZ MMC Bakıda mühasib axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Baku Aqro Az” MMC istixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəsi olan namizədləri Mühasib vəzifəsinə dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
  • İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
  • Məhsul istehsalı, yığımı, satışı və material sərfiyyatı üzrə uçotun aparılması;
  • İstixana və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı xərclərin, gəlirlərin və məhsul qalıqlarının uçotuna nəzarət;
  • Anbar əməliyyatlarının, materialların mədaxil və məxaricinin uçotunun aparılması;
  • Əməkhaqqı hesablamalarının və bank əməliyyatlarının həyata keçirilməsi;
  • Vergi və digər maliyyə hesabatlarının hazırlanmasında iştirak;
  • Debitor və kreditor borclarının izlənilməsi və müvafiq hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • İstixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəyə üstünlük verilir;
  • Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
  • 1C və MS Excel proqramlarında işləmək bacarığı;
  • Məhsul, material, anbar və istehsal xərclərinin uçotu üzrə biliklər;
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti.

İş şəraiti:

  • İşəgötürən: “Baku Aqro Az” MMC
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
  • Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti.

Müraciət etmək istəyənlər  CV-ni “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Baku Aqro AZ MMC şirkətinin digər vakansiyaları

Baku Aqro AZ MMC vakansiyaları