Xərclərə nəzarət üzrə mühasib (Retail)
RAHAT Supermarketlər şəbəkəsiВакансия бухгалтера в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 22 октября 2026 г.
- Приём заявок до
- 21 ноября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
RAHAT Supermarketlər şəbəkəsi ищет бухгалтера в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Rahat Supermarketlər şəbəkəsi Xərclərə nəzarət üzrə mühasib (Retail) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
- Ay bağlanışı prosesində iştirak etmək, gəlir və xərclərin düzgün hesabat dövrünə aid edilməsini yoxlamaq;
- Mağazalar və xərc mərkəzləri üzrə xərclərin düzgün uçotunun aparılmasına nəzarət etmək;
- Mal alışları, daşınma və digər əlaqəli xərclərin məhsulların maya dəyərinə düzgün daxil edilməsini yoxlamaq;
- Satışların maya dəyərini, ümumi mənfəəti və marjanı mağazalar və məhsul kateqoriyaları üzrə təhlil etmək;
- Endirim, kampaniya və qaytarmaların maliyyə nəticələrinə təsirini qiymətləndirmək;
- Mal qalıqları, silinmələr, itkilər və inventarizasiya fərqlərini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini araşdırmaq;
- Təchizatçı bonusları və alış endirimlərinin düzgün uçota alınmasını yoxlamaq;
- İcarə, kommunal, logistika və digər əməliyyat xərclərini büdcə göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək;
- Mühasibat hesabları üzrə üzləşdirmələr aparmaq və aylıq idarəetmə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Xərclərin optimallaşdırılması imkanlarını müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq;
- Büdcələmə, inventarizasiya və daxili nəzarət proseslərinin təkmilləşdirilməsində iştirak etmək.
Namizədə dair tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibat uçotu və ya xərclərə nəzarət sahəsində minimum 2 il iş təcrübəsi;
- Pərakəndə satış sektorunda iş təcrübəsinə üstünlük verilir;
- Ay bağlanışı, mal-material uçotu və maya dəyərinin hesablanması üzrə praktiki biliklər;
- MS Excel proqramında yaxşı işləmək bacarığı;
- Mikro və ya digər ERP sistemləri ilə iş təcrübəsi;
- Analitik düşüncə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı;
- Hesabatların vaxtında və dəqiq hazırlanmasını təmin etmək bacarığı.
Əlavə üstünlüklər
- ACCA F2 (Management Accounting), F3 (Financial Accounting) və F7 (Financial Reporting) imtahanlarını uğurla vermiş namizədlərə üstünlük verilir;
- Pərakəndə satış şəbəkələrində maya dəyəri, marja və əməliyyat xərclərinin təhlili üzrə təcrübə;
- İdarəetmə hesabatlarının hazırlanması və daxili nəzarət proseslərində iştirak təcrübəsi.
İş şərtləri
- İş yeri: Rahat Supermarketlər şəbəkəsi
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin bilik və bacarıqları, iş təcrübəsi və vəzifəyə uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Cost Controller / Xərclərə nəzarət üzrə mühasib” (Retail) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.