Skip to content
GoJob

Xərclərə nəzarət üzrə mühasib (Retail)

RAHAT Supermarketlər şəbəkəsiAccountant job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 22, 2026
Apply before
November 21, 2026

Finance & Banking jobs in Baku

About this job

RAHAT Supermarketlər şəbəkəsi is hiring an accountant in Baku. Full-time. Apply directly to the employer.

Rahat Supermarketlər şəbəkəsi Xərclərə nəzarət üzrə mühasib (Retail) vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri

  • Ay bağlanışı prosesində iştirak etmək, gəlir və xərclərin düzgün hesabat dövrünə aid edilməsini yoxlamaq;
  • Mağazalar və xərc mərkəzləri üzrə xərclərin düzgün uçotunun aparılmasına nəzarət etmək;
  • Mal alışları, daşınma və digər əlaqəli xərclərin məhsulların maya dəyərinə düzgün daxil edilməsini yoxlamaq;
  • Satışların maya dəyərini, ümumi mənfəəti və marjanı mağazalar və məhsul kateqoriyaları üzrə təhlil etmək;
  • Endirim, kampaniya və qaytarmaların maliyyə nəticələrinə təsirini qiymətləndirmək;
  • Mal qalıqları, silinmələr, itkilər və inventarizasiya fərqlərini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini araşdırmaq;
  • Təchizatçı bonusları və alış endirimlərinin düzgün uçota alınmasını yoxlamaq;
  • İcarə, kommunal, logistika və digər əməliyyat xərclərini büdcə göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək;
  • Mühasibat hesabları üzrə üzləşdirmələr aparmaq və aylıq idarəetmə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Xərclərin optimallaşdırılması imkanlarını müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq;
  • Büdcələmə, inventarizasiya və daxili nəzarət proseslərinin təkmilləşdirilməsində iştirak etmək.

Namizədə dair tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibat uçotu və ya xərclərə nəzarət sahəsində minimum 2 il iş təcrübəsi;
  • Pərakəndə satış sektorunda iş təcrübəsinə üstünlük verilir;
  • Ay bağlanışı, mal-material uçotu və maya dəyərinin hesablanması üzrə praktiki biliklər;
  • MS Excel proqramında yaxşı işləmək bacarığı;
  • Mikro və ya digər ERP sistemləri ilə iş təcrübəsi;
  • Analitik düşüncə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı;
  • Hesabatların vaxtında və dəqiq hazırlanmasını təmin etmək bacarığı.

Əlavə üstünlüklər

  • ACCA F2 (Management Accounting), F3 (Financial Accounting) və F7 (Financial Reporting) imtahanlarını uğurla vermiş namizədlərə üstünlük verilir;
  • Pərakəndə satış şəbəkələrində maya dəyəri, marja və əməliyyat xərclərinin təhlili üzrə təcrübə;
  • İdarəetmə hesabatlarının hazırlanması və daxili nəzarət proseslərində iştirak təcrübəsi.

İş şərtləri

  • İş yeri: Rahat Supermarketlər şəbəkəsi
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik və bacarıqları, iş təcrübəsi və vəzifəyə uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Cost Controller / Xərclərə nəzarət üzrə mühasib” (Retail) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at RAHAT Supermarketlər şəbəkəsi

Jobs at RAHAT Supermarketlər şəbəkəsi