Перейти к содержимому
GoJob

Baş mühasib

Ramada Plaza by Wyndham GəncəВакансия бухгалтера в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
27 октября 2026 г.
Приём заявок до
26 ноября 2026 г.

Вакансии в категории «Финансы и банковское дело» в городе Баку

О вакансии

Ramada Plaza by Wyndham Gəncə ищет бухгалтера в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Təsvir

  • Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
  • Vergi və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək;
  • Aylıq və illik bağlanış proseslərini həyata keçirmək;
  • Debitor və kreditor hesablaşmalarına, bank və kassa əməliyyatlarına nəzarət etmək;
  • Əməkhaqqı və digər işçi ödənişlərinin düzgün hesablanmasını və ödənişini təmin etmək;
  • Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotuna nəzarəti təmin etmək;
  • Mühasibat hesabları üzrə üzləşmələri həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq;
  • Maliyyə hesabatlarının hazırlanmasında Maliyyə menecerinə dəstək göstərmək;
  • Daxili maliyyə prosedurlarına və uçot siyasətinə riayət olunmasını təmin etmək;

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə);
  • Mühasibatlıq sahəsində minimum 3–5 il, o cümlədən Böyük mühasib və ya oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı səviyyədə bilmək;
  • Vergi, DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, son haqq-hesab və digər ödənişlərin hesablanması üzrə biliklər;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəlikləri üzrə biliklər;
  • Əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların və mal-material ehtiyatlarının uçotu üzrə biliklər;
  • Bank və kassa əməliyyatlarının uçotu, ödənişlərin və bank üzləşmələrinin aparılması üzrə təcrübə;
  • Aylıq və illik mühasibat bağlanışlarının həyata keçirilməsi, hesab qalıqlarının yoxlanılması və üzləşdirilməsi bacarığı;
  • P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması üzrə biliklər;
  • 1C proqramında (xüsusən də “Əmək haqqı və HR” modulu) sərbəst işləmək və MS Excel proqramını yüksək səviyyədə bilmək;
  • Opera PMS, Micros POS və iScala proqramları üzrə bilik və iş təcrübəsi üstünlük hesab olunur.
  • Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
  • Otelçilik və xidmət sektorunda iş təcrübəsi üstünlükdür;
  • Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;

Maraqlanan namizədlər öz CV-lərini mövzu bölümündə müraciət etdiyiniz vəzifənin adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Похожие вакансии