Baş mühasib
Ramada Plaza by Wyndham GəncəBakıda mühasib vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 27 oktyabr 2026
- Son müraciət tarixi
- 26 noyabr 2026
- Kateqoriya
- Maliyyə və Bank
Vakansiya haqqında
Ramada Plaza by Wyndham Gəncə Bakıda mühasib axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Təsvir
- Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
- Vergi və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək;
- Aylıq və illik bağlanış proseslərini həyata keçirmək;
- Debitor və kreditor hesablaşmalarına, bank və kassa əməliyyatlarına nəzarət etmək;
- Əməkhaqqı və digər işçi ödənişlərinin düzgün hesablanmasını və ödənişini təmin etmək;
- Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotuna nəzarəti təmin etmək;
- Mühasibat hesabları üzrə üzləşmələri həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq;
- Maliyyə hesabatlarının hazırlanmasında Maliyyə menecerinə dəstək göstərmək;
- Daxili maliyyə prosedurlarına və uçot siyasətinə riayət olunmasını təmin etmək;
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə);
- Mühasibatlıq sahəsində minimum 3–5 il, o cümlədən Böyük mühasib və ya oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı səviyyədə bilmək;
- Vergi, DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
- Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, son haqq-hesab və digər ödənişlərin hesablanması üzrə biliklər;
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəlikləri üzrə biliklər;
- Əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların və mal-material ehtiyatlarının uçotu üzrə biliklər;
- Bank və kassa əməliyyatlarının uçotu, ödənişlərin və bank üzləşmələrinin aparılması üzrə təcrübə;
- Aylıq və illik mühasibat bağlanışlarının həyata keçirilməsi, hesab qalıqlarının yoxlanılması və üzləşdirilməsi bacarığı;
- P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması üzrə biliklər;
- 1C proqramında (xüsusən də “Əmək haqqı və HR” modulu) sərbəst işləmək və MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Opera PMS, Micros POS və iScala proqramları üzrə bilik və iş təcrübəsi üstünlük hesab olunur.
- Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
- Otelçilik və xidmət sektorunda iş təcrübəsi üstünlükdür;
- Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini mövzu bölümündə müraciət etdiyiniz vəzifənin adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.