Перейти к содержимому
GoJob

Aparıcı Mühasib

Sabah Capital Partners MMCВакансия бухгалтера в Баку

Зарплата: от 2 000 ₼ / мес.

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
28 октября 2026 г.
Приём заявок до
27 ноября 2026 г.

Вакансии в категории «Финансы и банковское дело» в городе Баку

О вакансии

Sabah Capital Partners MMC ищет бухгалтера в Баку. Полная занятость, зарплата 2 000 AZN. Отклик напрямую работодателю.

İş şəraiti

  • İş Rejimi:  Bazar ertəsi – Cümə
  • Əməkhaqqı: Net 2000 AZN

Namizədə Dair Tələblər:

  • Təhsil: Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi sahəsində ali təhsil.
  • İş Təcrübəsi: Müvafiq sahədə (istehsalat, tikinti, ticarət və ya xidmət sektorunda) minimum 3–5 il iş təcrübəsi (Aparıcı mühasib və ya Baş mühasib müavini qismində təcrübəsi olanlara üstünlük verilir).

Mütləq Biliklər (Hard Skills):

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və Mühasibat Uçotu Standartlarını (və ya İFRS əsaslarını) yüksək səviyyədə bilmək.
  • 1C (8.3 və ya müvafiq versiyalar) proqramında sərbəst işləmək bacarığı.
  • MS Excel proqramını qabaqcıl səviyyədə bilmək (mürəkkəb düsturlar, pivot cədvəllər, hesabat cədvəlləri).

Arzuolunan Biliklər:

  • ACCA F3  və ya PMS sertifikatının olması böyük üstünlükdür.

Dil Bilikləri:

  • Azərbaycan dili: Sərbəst / Əsas (işgüzar yazışma və şifahi).
  • İngilis və Rus dilləri: Arzuolunandır.

Yumşaq Bacarıqlar (Soft Skills):

  • Analitik düşüncə tərzi, diqqətcillik və detaylara yüksək həssaslıq.
  • Yüksək məsuliyyət hissəsi və komandada effektiv işləmək bacarığı.
  • Gərgin iş rejimində operativ və düzgün qərar qəbuletmə qabiliyyəti.

Əsas Vəzifə Öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin (elektron qaimə-fakturalar, təhvil-təslim aktları, müqavilələr, bank və kassa sənədləri) qanunvericiliyə uyğunluğunu yoxlamaq və 1C proqramına dəqiq daxil etmək.
  • Əsas vəsaitlərin, azqiymətli əşyaların və mal-material qiymətlilərinin (MMQ) daxilolması, silinməsi, yenidən qiymətləndirilməsi və amortizasiyası uçotunu aparmaq.
  • Vergi, DSMF İşsizlikdən Sığorta və Statistika hesabatlarını qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlamaq və müvafiq dövlət orqanlarına təqdim etmək.
  • E-qaimələrin tərtib edilməsi, təsdiqi, ƏDV hesabatlarının hazırlanması və digər vergi öhdəliklərinin vaxtında icrasına nəzarət etmək.
  • Mənfəət vergisi, ödəniş mənbəyində tutulan vergi və əmlak/torpaq vergilərinin hesablanmasını və bəyan edilməsini təmin etmək.
  • Təchizatçılar, müştərilər, subpodratçılar və digər kontragentlərlə üzləşmə aktlarını mütəmadi tərtib etmək və debitor/kreditor borclarını izləmək.
  • Debitor borclarının yaşlandırılması (Aging Report) hesabatlarını hazırlamaq və vaxtı keçmiş alacaqların izlənməsini aparmaq.
  • İnternet-Banking vasitəsilə ölkədaxili və xarici valyuta ödəniş tapşırıqlarını hazırlamaq, bank əməliyyatlarını icra etmək və bank hesablarının gündəlik qalıqlarına nəzarət etmək.
  • Maliyyə və mühasibat sənədlərinin qanunvericiliyə və daxili qaydalara uyğun qaydada arxivləşdirilməsini və audit yoxlamaları üçün əlçatan olmasını təmin etmək.
  • Şirkətin daxili maliyyə prosedurlarına, daxili nəzarət qaydalarına və tətbiq olunan mühasibat standartlarına riayət etmək.
  • Birbaşa rəhbərin verdiyi digər maliyyə, vergi və mühasibatlıq tapşırıqlarını vaxtında yerinə yetirmək.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Aparıcı mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Другие вакансии компании Sabah Capital Partners MMC

Вакансии Sabah Capital Partners MMC