Aparıcı Mühasib
Sabah Capital Partners MMCBakıda mühasib vakansiyası
Maaş: 2.000 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 28 oktyabr 2026
- Son müraciət tarixi
- 27 noyabr 2026
- Kateqoriya
- Maliyyə və Bank
Vakansiya haqqında
Sabah Capital Partners MMC Bakıda mühasib axtarır. Tam ştat, maaş 2 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş şəraiti
- İş Rejimi: Bazar ertəsi – Cümə
- Əməkhaqqı: Net 2000 AZN
Namizədə Dair Tələblər:
- Təhsil: Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi sahəsində ali təhsil.
- İş Təcrübəsi: Müvafiq sahədə (istehsalat, tikinti, ticarət və ya xidmət sektorunda) minimum 3–5 il iş təcrübəsi (Aparıcı mühasib və ya Baş mühasib müavini qismində təcrübəsi olanlara üstünlük verilir).
Mütləq Biliklər (Hard Skills):
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və Mühasibat Uçotu Standartlarını (və ya İFRS əsaslarını) yüksək səviyyədə bilmək.
- 1C (8.3 və ya müvafiq versiyalar) proqramında sərbəst işləmək bacarığı.
- MS Excel proqramını qabaqcıl səviyyədə bilmək (mürəkkəb düsturlar, pivot cədvəllər, hesabat cədvəlləri).
Arzuolunan Biliklər:
- ACCA F3 və ya PMS sertifikatının olması böyük üstünlükdür.
Dil Bilikləri:
- Azərbaycan dili: Sərbəst / Əsas (işgüzar yazışma və şifahi).
- İngilis və Rus dilləri: Arzuolunandır.
Yumşaq Bacarıqlar (Soft Skills):
- Analitik düşüncə tərzi, diqqətcillik və detaylara yüksək həssaslıq.
- Yüksək məsuliyyət hissəsi və komandada effektiv işləmək bacarığı.
- Gərgin iş rejimində operativ və düzgün qərar qəbuletmə qabiliyyəti.
Əsas Vəzifə Öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin (elektron qaimə-fakturalar, təhvil-təslim aktları, müqavilələr, bank və kassa sənədləri) qanunvericiliyə uyğunluğunu yoxlamaq və 1C proqramına dəqiq daxil etmək.
- Əsas vəsaitlərin, azqiymətli əşyaların və mal-material qiymətlilərinin (MMQ) daxilolması, silinməsi, yenidən qiymətləndirilməsi və amortizasiyası uçotunu aparmaq.
- Vergi, DSMF İşsizlikdən Sığorta və Statistika hesabatlarını qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlamaq və müvafiq dövlət orqanlarına təqdim etmək.
- E-qaimələrin tərtib edilməsi, təsdiqi, ƏDV hesabatlarının hazırlanması və digər vergi öhdəliklərinin vaxtında icrasına nəzarət etmək.
- Mənfəət vergisi, ödəniş mənbəyində tutulan vergi və əmlak/torpaq vergilərinin hesablanmasını və bəyan edilməsini təmin etmək.
- Təchizatçılar, müştərilər, subpodratçılar və digər kontragentlərlə üzləşmə aktlarını mütəmadi tərtib etmək və debitor/kreditor borclarını izləmək.
- Debitor borclarının yaşlandırılması (Aging Report) hesabatlarını hazırlamaq və vaxtı keçmiş alacaqların izlənməsini aparmaq.
- İnternet-Banking vasitəsilə ölkədaxili və xarici valyuta ödəniş tapşırıqlarını hazırlamaq, bank əməliyyatlarını icra etmək və bank hesablarının gündəlik qalıqlarına nəzarət etmək.
- Maliyyə və mühasibat sənədlərinin qanunvericiliyə və daxili qaydalara uyğun qaydada arxivləşdirilməsini və audit yoxlamaları üçün əlçatan olmasını təmin etmək.
- Şirkətin daxili maliyyə prosedurlarına, daxili nəzarət qaydalarına və tətbiq olunan mühasibat standartlarına riayət etmək.
- Birbaşa rəhbərin verdiyi digər maliyyə, vergi və mühasibatlıq tapşırıqlarını vaxtında yerinə yetirmək.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Aparıcı mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.