Перейти к содержимому
GoJob

Mal-Material və Anbar Uçotu üzrə Mühasib

PredsolВакансия бухгалтера в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
2 ноября 2026 г.
Приём заявок до
2 декабря 2026 г.

Вакансии в категории «Бухгалтерия и аудит» в городе Баку

О вакансии

Predsol ищет бухгалтера в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Əsas vəzifə və öhdəlikləri:

  • Mühasibat və mal-material uçotunun qüvvədə olan qanunvericiliyin tələblərinə və şirkətin daxili prosedurlarına uyğun aparılmasını təmin etmək;
  • Mal-material ehtiyatlarının (MME) və hazır məhsulların anbara mədaxil və məxaric əməliyyatlarını müvafiq sənədlər əsasında 1C proqramında düzgün və vaxtında işləmək;
  • Alış, mal-material, anbar və digər aidiyyəti maliyyə əməliyyatlarını 1C proqramına daxil etmək və sənədlərin düzgünlüyünə nəzarət etmək;
  • Anbarlar üzrə silinmə, daxili yerdəyişmə və digər hərəkət sənədlərini yoxlamaq və sistemdə əks etdirmək;
  • Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər ilkin mühasibat sənədlərini yoxlamaq, onların uçot sistemində düzgün əks etdirilməsini təmin etmək;
  • Anbarlarda dövri, aylıq və illik inventarizasiya proseslərində iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
  • İnventarizasiya nəticəsində müəyyən edilmiş əskiklik və artıqlıqları təhlil etmək, səbəblərini araşdırmaq və nəticələri rəhbərliyə təqdim etmək;
  • Mal-material ehtiyatlarının və hazır məhsulların maya dəyərinin (FIFO/Average) düzgün hesablanmasına nəzarət etmək;
  • Anbarlar üzrə mal-material qalıqlarını mütəmadi yoxlamaq, uçot məlumatları ilə faktiki göstəricilər arasında uyğunsuzluqları müəyyən etmək;
  • Mal-material və anbar əməliyyatları üzrə debitor və kreditor hesablaşmalarının düzgün aparılmasına nəzarət etmək;
  • Əsas vəsaitlərin və digər maddi aktivlərin uçotunda iştirak etmək, zəruri hallarda amortizasiya hesablamalarının düzgünlüyünü yoxlamaq;
  • Mühasibat və anbar sənədlərinin düzgün tərtib edilməsini, sistemləşdirilməsini və uçotda vaxtında əks etdirilməsini təmin etmək;
  • Rəhbərlik və Baş mühasib tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Əsas tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Mühasibat və mal-material/anbar uçotu sahəsində müvafiq iş təcrübəsi;
  • Mühasibat hesablaşmaları, mal-material və anbar uçotu üzrə yüksək səviyyədə bilik;
  • Vergi və mühasibat uçotu ilə bağlı qanunvericilik üzrə biliklər;
  • 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • MS Excel proqramında sərbəst işləmək bacarığı;
  • FIFO və orta maya dəyəri (Average) metodları üzrə praktiki bilik;
  • İnventarizasiya, anbar qalıqlarının üzləşdirilməsi və müəyyən edilmiş fərqlərin araşdırılması üzrə bilik və təcrübə;
  • İstehsalat proseslərinin təşkili, istehsal mərhələləri, xammal və materialların istehsala silinməsi, hazır məhsulun formalaşması və istehsal uçotu prinsipləri üzrə anlayış və biliklərə malik olmaq;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dili bilikləri arzuolunandır;
  • Fikrini aydın ifadə etmək, analitik düşünmək və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq.

Əlavə məlumat

  • Təcrübə və ixtisaslara əsaslanan rəqabətli maaş. 
  • Karyera inkişafı və peşəkar inkişaf üçün imkanlar. 
  • Dəstəkləyici və təhlükəsizliyə yönəlmiş iş mühiti. 
  • Şirkət tərəfindən təmin olunan nəqliyyat və mobil telefon nömrəsi. 
  • İş saatları: Bazar ertəsindən cümə gününə qədər, 09:00–18:00. 
  • Bəzən əlavə iş saatlarına görə kompensasiya. 

Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mal-Material və Anbar Uçotu üzrə Mühasib” mövzu başlığı ilə göndərə bilərlər.

Другие вакансии компании Predsol

Вакансии Predsol