Kiçik mühasib
Baku Business ConsultingВакансия бухгалтера в Баку
Зарплата: от 700 ₼ / мес.
- Локация
- Bakı, Nərimanov
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 2 ноября 2026 г.
- Приём заявок до
- 2 декабря 2026 г.
- Категория
- Бухгалтерия и аудит
О вакансии
Baku Business Consulting ищет бухгалтера в Баку (район Нариманов). Полная занятость, зарплата 700 AZN. Отклик напрямую работодателю.
“Baku Business Consulting” MMC-yə Kiçik mühasib tələb olunur.
Vəzifə öhdəliyi:
- İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, elektron qaimə-fakturalar, təhvil-təslim aktları, ödəniş sənədləri və digər müvafiq sənədlər) hazırlanması, qəbulu, yoxlanılması və sistemləşdirilməsi;
- Gündəlik bank əməliyyatlarının, o cümlədən yerli və xarici ödənişlərin, vergi, sosial sığorta və digər büdcə ödənişlərinin həyata keçirilməsi;
- Maliyyə və mühasibat əməliyyatlarının 1C (8.3) mühasibat proqramında işlənilməsi;
- Əməkhaqqı, ezamiyyə və məzuniyyət ödənişlərinin hesablanması və müvafiq ödənişlərin icra edilməsi;
- Statistik hesabatların, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə vahid bəyannamənin və digər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə ilkin bilik və bacarıqlara malik olmaq;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi və müvafiq normativ-hüquqi aktlar barədə biliklərə malik olmaq;
- Debitor və kreditor borclarının uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək;
- Mühasibat sənədlərinin düzgün qeydiyyatını, sistemləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək
- Birbaşa rəhbər tərəfindən əmək funksiyalarına uyğun olaraq verilən digər qanuni tapşırıqları yerinə yetirmək.
Ümumi tələblər:
- İqtisadiyyat, maliyyə və mühasibat uçotu sahəsində ali təhsil;
- Yaş: 20-25;
- Dürüstlük, dəqiqlik və məsuliyyətli olmaq, inkişafa və yeniliyə açıq olmaq;
- Komanda ilə işləmə bacarığı.
Əmək haqqı: 700 Azn
Qeyd: Mühasibatlıq üzrə yerli və beynəlxalq sertifikatların (PMS, ACCA və s) və xarici dil biliyinin (ingilis dili, rus dili) olması üstünlükdür.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu bölməsində “Kiçik mühasib” yazmaqla göndərmələri xahiş olunur.
Yuxarıda qeyd olunan tələblərə cavab verməyən və qeyd olunan şəkildə göndərilməyən müraciətlərə baxılmayacaqdır.