Müqavilələr üzrə aparıcı mütəxəssis
Avant ConstructionВакансия специалиста по договорам в Баку
Зарплата: от 3 000 ₼ / мес.
О вакансии
Avant Construction ищет специалиста по договорам в Баку. Полная занятость, зарплата 3 000 AZN. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- Sifarişçi, podratçı və subpodratçı müqavilələrinin layihələrini Şirkətin şablonları və FIDIC şərtləri əsasında hazırlamaq.
- Xüsusi şərtləri (Particular Conditions), ödəniş, təminat və cərimə müddəalarını layihənin xüsusiyyətlərinə uyğunlaşdırmaq.
- Müqavilə layihələrinin BOQ, spesifikasiya, qrafik və tender nəticələri ilə uyğunluğunu yoxlamaq.
- Müqavilə şablonları kitabxanasını (standart formalar və əlavələr) aparmaq və yeniləmək.
- Tender sənədlərinin müqavilə hissəsini hazırlamaq; tender dövründə müqavilə ilə bağlı sorğulara cavabların layihələrini hazırlamaq.
- Təkliflərdə müqavilə şərtlərindən kənarlaşmaları və qeyd-şərtləri təhlil etmək, risk şərhləri ilə Head of Commercial-a təqdim etmək.
- Danışıqlarda iştirak etmək və razılaşdırılmış şərtlərin müqavilə mətninə düzgün daxil edilməsini təmin etmək.
- Müqavilə Reyestrini aparmaq: müqavilə dəyəri, VO-lar, mərhələlər, təminatlar, sığortalar və müddətlər.
- Bildiriş müddətləri, təminatların bitmə tarixləri və müqavilə mərhələləri üzrə xəbərdarlıq təqvimini aparmaq.
- Rəsmi müqavilə yazışmalarının (bildirişlər, göstərişlər, cavablar) layihələrini hazırlamaq.
- Müqavilə Risk Reyestrinin yenilənməsini təmin etmək.
- VO tələblərinin müqavilə əsasını yoxlamaq və VO paketlərini (əsaslandırma, dəyər və qrafik təsiri, dəstəkləyici sənədlər) hazırlamaq.
- Variation Log-u aparmaq və VO-ların təsdiq statusunu izləmək.
- Təsdiqlənmiş VO-ları Xərclərə Nəzarət Şöbəsinə və PMO-ya ötürmək.
- Təsdiqlənməmiş işlər (unapproved works) barədə Head of Commercial-a erkən məlumat vermək.
- IPC-lərin müqavilə şərtlərinə (VO-lar, avansın geri tutulması, retention, tutulmalar) uyğunluğunun yoxlanmasında iştirak etmək.
- Final hesablaşma (final account) sənədlərini və müqavilənin bağlanması paketini hazırlamaq.
- Contract Specialist-lər arasında layihə bölgüsünü aparmaq, onların işini yoxlamaq və keyfiyyətini təmin etmək.
- Kommersiya prosedurlarının və şablonlarının hazırlanmasında və yenilənməsində iştirak etmək.
Tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi, kəmiyyət ölçmə (Quantity Surveying), hüquq və ya əlaqəli sahə).
- İnşaat sahəsində minimum 7 il, o cümlədən müqavilə idarəetməsində minimum 4 il təcrübə.
- FIDIC müqavilə şərtləri üzrə praktiki bilik; müqavilə layihələrinin hazırlanması təcrübəsi.
- VO prosesləri və müqavilə administrasiyası üzrə təcrübə; MS Office (Excel, Word) üzrə yüksək səviyyəli biliklər
- MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);
- Azərbaycan dili mükəmməl, Rus və İnglis dili yaxşı səviyyədə;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək Haqqı: 3000-4000 AZN net
- İş yeri - Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Müqavilələr üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.