Müştəri xidmətləri üzrə iqtisadçı
Azəristiliktəchizat ASCВакансия специалиста по обслуживанию клиентов в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı, Xətai
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 22 октября 2026 г.
- Приём заявок до
- 21 ноября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
Azəristiliktəchizat ASC ищет специалиста по обслуживанию клиентов в Баку (район Хатаи). Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- İstilik enerjisinin satışı üzrə uçotun aparılması və satış göstəricilərinin təhlil edilməsi;
- Abonentlər üzrə hesablanmış məbləğlərin, daxil olmuş ödənişlərin və debitor borclarının uçotunun aparılması;
- İstilik enerjisinin satışına, ödənişlərə və debitor borclarına dair dövri hesabatların hazırlanması;
- Vətəndaşların istilik enerjisinin hesablanması, borc məbləğləri və ödənişlərlə bağlı müraciətlərinin araşdırılması, cavablandırılması;
- Abonentlər üzrə borcların yaranma səbəblərinin araşdırılması və borcların azaldılması istiqamətində təkliflərin hazırlanması;
- Ödənişlərin vaxtında və düzgün həyata keçirilməsinin təşkili istiqamətində müvafiq işlərin görülməsi;
- Abonent uçotu və hesablaşmalarla bağlı uyğunsuzluqların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlərin görülməsi;
- Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədlərə tələblər aşağıdakı kimidir:
- İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında sərbəst işləmək bacarığı;
- Hesabatların və xidməti sənədlərin hazırlanması bacarığı;
- Analitik düşünmə və məlumatları təhlil etmək qabiliyyəti;
- Vətəndaş müraciətləri ilə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, operativlik və ünsiyyət qurmaq bacarığı.
İş mühiti
- İş yeri: Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Müşfiqabad qəsəbəsi.
- Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən icra olunur.
- İş vaxtı- Bazar ertəsi-cümə 08:30-17:30
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən (Qaradağ rayonu ərazisində yaşayanlara üstünlük veriləcək) CV-lərini mövzu hissəsinə “İqtisadçı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.