Əsas məzmuna keç
GoJob

Müştəri xidmətləri üzrə iqtisadçı

Azəristiliktəchizat ASCBakıda müştəri xidmətləri üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Xətai
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 oktyabr 2026
Son müraciət tarixi
21 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Azəristiliktəchizat ASC Bakının Xətai rayonunda müştəri xidmətləri üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • İstilik enerjisinin satışı üzrə uçotun aparılması və satış göstəricilərinin təhlil edilməsi;
  • Abonentlər üzrə hesablanmış məbləğlərin, daxil olmuş ödənişlərin və debitor borclarının uçotunun aparılması;
  • İstilik enerjisinin satışına, ödənişlərə və debitor borclarına dair dövri hesabatların hazırlanması;
  • Vətəndaşların istilik enerjisinin hesablanması, borc məbləğləri və ödənişlərlə bağlı müraciətlərinin araşdırılması, cavablandırılması;
  • Abonentlər üzrə borcların yaranma səbəblərinin araşdırılması və borcların azaldılması istiqamətində təkliflərin hazırlanması;
  • Ödənişlərin vaxtında və düzgün həyata keçirilməsinin təşkili istiqamətində müvafiq işlərin görülməsi;
  • Abonent uçotu və hesablaşmalarla bağlı uyğunsuzluqların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlərin görülməsi;
  • Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

Namizədlərə tələblər aşağıdakı kimidir:

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında sərbəst işləmək bacarığı;
  • Hesabatların və xidməti sənədlərin hazırlanması bacarığı;
  • Analitik düşünmə və məlumatları təhlil etmək qabiliyyəti;
  • Vətəndaş müraciətləri ilə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik və ünsiyyət qurmaq bacarığı.

İş mühiti

  • İş yeri: Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Müşfiqabad qəsəbəsi.
  • Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən icra olunur. 
  • İş vaxtı- Bazar ertəsi-cümə  08:30-17:30
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur. 

Göstərilən tələblərə cavab verən namizədlərdən (Qaradağ rayonu ərazisində yaşayanlara üstünlük veriləcək) CV-lərini mövzu hissəsinə “İqtisadçı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Oxşar vakansiyalar