Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin Mütəxəssisi/ Aparıcı mütəxəssisi/ Baş mütəxəssisi
Azər Türk BankВакансия специалиста в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 5 октября 2026 г.
- Приём заявок до
- 4 ноября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
Azər Türk Bank ищет специалиста в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Təsvir
- Satış strukturlarından daxil olan korporativ müştəri müraciətlərinin təhlilinin aparılmasını və yekun rəyin hazırlanaraq təqdim edilməsini təmin etmək;
- Korporativ müştərilərin maliyyə və biznes fəaliyyətinin təhlilini həyata keçirmək, risklərin qiymətləndirilməsi üzrə əsaslandırılmış rəylər vermək;
- Təhlil proseslərinin təkmilləşdirilməsi məqsədilə yeni yanaşma və metodologiyaların tətbiqində iştirak etmək;
- Biznes proseslərinin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
- Struktur bölmənin fəaliyyət istiqamətləri üzrə kiçik işçilərin işinin koordinasiyasını həyata keçirmək, onların peşəkar inkişafına dəstək göstərmək;
- Təhlil prosesləri ilə bağlı daxili təlimlərin təşkili və keçirilməsində iştirak etmək;
- Fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyin, normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri və təlimatlarının tətbiqini təmin etmək;
- Daxili siyasət, prosedur və qaydalara uyğun fəaliyyət göstərmək;
- Hesabatların hazırlanmasında, məlumatların təhlilində və qərar qəbuletmə prosesində iştirak etmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma, təqdimat və dinləmə bacarıqları;
- Operativ, məsuliyyətli və dəqiq işləmək qabiliyyəti;
- Analitik düşünmə və problemlərin həlli bacarığı;
- Komandada effektiv işləmək bacarığı;
- Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatların (ACCA F3 (Financial Accounting) və F7 (Financial Reporting), CFA və s.) olması üstünlükdür;
- Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
- Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini isə yaxşı səviyyədə bilmək;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.