Əsas məzmuna keç
GoJob

Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin Mütəxəssisi/ Aparıcı mütəxəssisi/ Baş mütəxəssisi

Bakıda mütəxəssis vakansiyasıAzər Türk Bank

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 oktyabr 2026
Son müraciət tarixi
4 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Azər Türk Bank Bakıda mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Satış strukturlarından daxil olan korporativ müştəri müraciətlərinin təhlilinin aparılmasını və yekun rəyin hazırlanaraq təqdim edilməsini təmin etmək;
  • Korporativ müştərilərin maliyyə və biznes fəaliyyətinin təhlilini həyata keçirmək, risklərin qiymətləndirilməsi üzrə əsaslandırılmış rəylər vermək;
  • Təhlil proseslərinin təkmilləşdirilməsi məqsədilə yeni yanaşma və metodologiyaların tətbiqində iştirak etmək;
  • Biznes proseslərinin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
  • Struktur bölmənin fəaliyyət istiqamətləri üzrə kiçik işçilərin işinin koordinasiyasını həyata keçirmək, onların peşəkar inkişafına dəstək göstərmək;
  • Təhlil prosesləri ilə bağlı daxili təlimlərin təşkili və keçirilməsində iştirak etmək;
  • Fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyin, normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri və təlimatlarının tətbiqini təmin etmək;
  • Daxili siyasət, prosedur və qaydalara uyğun fəaliyyət göstərmək;
  • Hesabatların hazırlanmasında, məlumatların təhlilində və qərar qəbuletmə prosesində iştirak etmək.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Yüksək ünsiyyətqurma, təqdimat və dinləmə bacarıqları;
  • Operativ, məsuliyyətli və dəqiq işləmək qabiliyyəti;
  • Analitik düşünmə və problemlərin həlli bacarığı;
  • Komandada effektiv işləmək bacarığı;
  • Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatların (ACCA F3 (Financial Accounting) və F7 (Financial Reporting), CFA və s.) olması üstünlükdür;
  • Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini isə yaxşı səviyyədə bilmək;
  • Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Azər Türk Bank şirkətinin digər vakansiyaları

Azər Türk Bank vakansiyaları