Anderraytinq Mərkəzi KOB kreditlərinin təhlili şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssisi
Azər Türk BankВакансия специалиста в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 5 октября 2026 г.
- Приём заявок до
- 4 ноября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
Azər Türk Bank ищет специалиста в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Təsvir
- Bankın strateji hədəflərinə uyğun olaraq KOB seqmenti üzrə daxil olan sifarişlərin anderraytinqini həyata keçirmək;
- Biznes müştəriləri üzrə daxil olan müraciətlər əsasında maliyyə vəziyyətinin və ödəniş qabiliyyətinin müəyyən edilməsi məqsədilə maliyyə və biznes təhlili aparmaq, mümkün riskləri müəyyən etmək;
- Anderraytinq nəticələri üzrə yekun rəy təqdim etmək;
- Təqdim edilən rəydə sifarişçinin biznesindəki riskli məqamları göstərmək və sifariş üzrə risklərin adekvat şəkildə azaldılması üçün təkliflər vermək;
- Biznes kreditlərinin təhlilinə dair hesabatların hazırlanmasında iştirak etmək;
- Baş mütəxəssis üçün KOB seqmentinə aid məhsulların anderraytinqi üzrə müvafiq təqdimat və rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;
- Şöbənin fəaliyyətinə aid vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və əlaqəli istiqamətlər üzrə);
- Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
- KOB seqmenti üzrə kredit və qarantiya sifarişlərinin təhlili və ya anderraytinq istiqamətində minimum 3 il iş təcrübəsi {(baş mütəxəssis vəzifəsinə iddia edən namizəd üçün minimum 5 il) Korporativ kredit sifarişlərinin təhlili və anderraytinqi üzrə təcrübə üstünlükdür};
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;
- Maliyyə hesabatlarının hazırlanması və anderraytinq edilməsi bacarığı;
- Müxtəlif növ maliyyə hesabatlarının qurulması və onların avtomatlaşdırılması istiqamətində təkliflər vermək bacarığı (baş mütəxəssis vəzifəsinə iddia edən namizədlər);
- Maliyyə sahəsində sertifikatların (ACCA F3/FFA, ACCA F7/FR) olması arzuolunandır;
- Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi, yüksək ünsiyyət və operativ qərarvermə bacarıqları;
- MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.