Перейти к содержимому
GoJob

Növbə nəzarətçisi / CİL zavodu

AzerGoldВакансия контролёра в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
12 октября 2026 г.
Приём заявок до
12 ноября 2026 г.

Вакансии в категории «Инженерия и техника» в городе Баку

О вакансии

AzerGold ищет контролёра в Баку. Полная занятость. Отклик напрямую работодателю.

İş yeri: Daşkəsən rayonu

İş növü: Tam ştat

İş qrafiki: Növbəli iş qrafiki.

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək;
  • Əməliyyatın çatışmazlıqlarını və tələblərini təhlil edərək əməliyyata istiqamət vermək;
  • İstehsalatda ola biləcək potensial riskləri qabaqcadan müəyyənləşdirib, onların qarşısını almaq üçün CİL zavodunun müdirinə məlumat vermək;
  • Yanğın, zəhərlənmə, qəza və digər təcili hallarda operatorları yönləndirmək və təxliyə planına rəhbərlik etmək;
  • Tabeliyində olan operatorların fəaliyyətini mütəmadi olaraq qiymətləndirmək və qeydlər aparmaq;
  • Operatorların işinə marağını artırmaq, komanda daxilində əməkdaşlığı gücləndirmək və iş mühitini müsbət saxlamaq;
  • İstehsalat proseslərində yaranmış problemlərin innovativ həllərin tətbiqi imkanlarını izləmək və təklif vermək;
  • Proses dəyişikliklərinə əsasən əməliyyat planını hazırlamaq;
  • Operatorlardan istehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə məlumat toplayaraq, müvafiq tədbirlərin görülməsi barədə qərar vermək;
  • İstehsalat üçün lazım olan kimyəvi maddələrin miqdarlarını optimallaşdırmaq, nəzarət etmək və lazımi hesabatları hazırlamaqla yanaşı, zavodda istifadə olunan bütün kimyəvi maddələrin miqdarı və ehtiyatına da nəzarət etmək;
  • Karbon sıyırma və dəyirman dayanma planlamalarına əməl etmək;
  • Öz sahəsində səmərəliliyi artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki iqtisadi əsaslandırmalarını hazırlamaq;
  • Bütün mexaniki və elektrik problemlərini izləməklə problemlər barədə aidiyyəti struktur bölməyə məlumat vermək;
  • Mövcud prosedurlara və təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan prosesləri səmərəli şəkildə idarə etmək;
  • Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət olduqda operatorları məlumatlandırmaq;
  • İdarəetmə otağının, bütün FMV (Fərdi Mühafizə Vasitələri)  materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin etmək;
  • İstehsalatın düzgün təşkilini və növbəliliyini təmin etmək;
  • Texniki və saf su çənlərinin səviyyəsinə nəzarət etməklə yanaşı, istehsalat və fövqəladə hallar üçün hər zaman kifayət qədər suyun təmin olunmasına nəzarət etmək;
  • İşçilərin inkişaf proqramlarını hazırlamaq və aidiyyəti sahə üzrə (aparılan proseslər və iş öncəsi SƏTƏM normaları üzrə) təlimlər keçmək;
  • Operatorların nahar, şam yemək vaxtlarını istehsalat tələblərinə uyğun təşkil etmək;
  • Operatorların və özünün ehtiyaclarına uyğun FMV (Fərdi mühafizə vasitələri) və avadanlıqlarla təmin edilməsi üçün aidiyyəti struktur bölməyə müraciət etmək;
  • Tabeliyində olan operatorların bütün vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır.

Tələb olunan təhsil:

  • Ali təhsil (Metallurgiya, Kimya mühəndisliyi, Kimya).

Tələb olunan iş təcrübəsi:

  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Другие вакансии компании AzerGold

Вакансии AzerGold