Növbə nəzarətçisi / CİL zavodu
AzerGoldBakıda nəzarətçi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 12 oktyabr 2026
- Son müraciət tarixi
- 12 noyabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar
Vakansiya haqqında
AzerGold Bakıda nəzarətçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş yeri: Daşkəsən rayonu
İş növü: Tam ştat
İş qrafiki: Növbəli iş qrafiki.
Əsas vəzifə öhdəlikləri:
- İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək;
- Əməliyyatın çatışmazlıqlarını və tələblərini təhlil edərək əməliyyata istiqamət vermək;
- İstehsalatda ola biləcək potensial riskləri qabaqcadan müəyyənləşdirib, onların qarşısını almaq üçün CİL zavodunun müdirinə məlumat vermək;
- Yanğın, zəhərlənmə, qəza və digər təcili hallarda operatorları yönləndirmək və təxliyə planına rəhbərlik etmək;
- Tabeliyində olan operatorların fəaliyyətini mütəmadi olaraq qiymətləndirmək və qeydlər aparmaq;
- Operatorların işinə marağını artırmaq, komanda daxilində əməkdaşlığı gücləndirmək və iş mühitini müsbət saxlamaq;
- İstehsalat proseslərində yaranmış problemlərin innovativ həllərin tətbiqi imkanlarını izləmək və təklif vermək;
- Proses dəyişikliklərinə əsasən əməliyyat planını hazırlamaq;
- Operatorlardan istehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə məlumat toplayaraq, müvafiq tədbirlərin görülməsi barədə qərar vermək;
- İstehsalat üçün lazım olan kimyəvi maddələrin miqdarlarını optimallaşdırmaq, nəzarət etmək və lazımi hesabatları hazırlamaqla yanaşı, zavodda istifadə olunan bütün kimyəvi maddələrin miqdarı və ehtiyatına da nəzarət etmək;
- Karbon sıyırma və dəyirman dayanma planlamalarına əməl etmək;
- Öz sahəsində səmərəliliyi artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki iqtisadi əsaslandırmalarını hazırlamaq;
- Bütün mexaniki və elektrik problemlərini izləməklə problemlər barədə aidiyyəti struktur bölməyə məlumat vermək;
- Mövcud prosedurlara və təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan prosesləri səmərəli şəkildə idarə etmək;
- Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət olduqda operatorları məlumatlandırmaq;
- İdarəetmə otağının, bütün FMV (Fərdi Mühafizə Vasitələri) materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin etmək;
- İstehsalatın düzgün təşkilini və növbəliliyini təmin etmək;
- Texniki və saf su çənlərinin səviyyəsinə nəzarət etməklə yanaşı, istehsalat və fövqəladə hallar üçün hər zaman kifayət qədər suyun təmin olunmasına nəzarət etmək;
- İşçilərin inkişaf proqramlarını hazırlamaq və aidiyyəti sahə üzrə (aparılan proseslər və iş öncəsi SƏTƏM normaları üzrə) təlimlər keçmək;
- Operatorların nahar, şam yemək vaxtlarını istehsalat tələblərinə uyğun təşkil etmək;
- Operatorların və özünün ehtiyaclarına uyğun FMV (Fərdi mühafizə vasitələri) və avadanlıqlarla təmin edilməsi üçün aidiyyəti struktur bölməyə müraciət etmək;
- Tabeliyində olan operatorların bütün vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır.
Tələb olunan təhsil:
- Ali təhsil (Metallurgiya, Kimya mühəndisliyi, Kimya).
Tələb olunan iş təcrübəsi:
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.