Operator
Financial Chain Corporation LLCВакансия оператора в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 24 августа 2026 г.
- Приём заявок до
- 25 октября 2026 г.
- Категория
- Промышленность и сельское хозяйство
Вакансии в категории «Промышленность и сельское хозяйство» в городе Баку
О вакансии
Financial Chain Corporation LLC ищет оператора в Баку. Полная занятость. Отклик напрямую работодателю.
İstehsalat komandasına Operator vəzifəsinə məsuliyyətli və işinə ciddi yanaşan əməkdaşlar axtarılır.
Namizədə tələblər:
- Orta təhsil; texniki təhsil (texnikum və ya peşə məktəbi) üstünlükdür;
- İstehsalat sahəsində minimum 1 il iş təcrübəsi;
- Yaş: 18–40;
- İşə yararlılığı təsdiq edən tibbi arayış;
- İstehsalat və avadanlıqlarla işləmə sahəsində praktiki bacarıqlar.
Əsas vəzifə və öhdəliklər:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sənaye gigiyenası qaydalarına riayət etmək;
- İş yerində 5S standartlarına uyğun təmizlik və nizam-intizamı qorumaq;
- Avadanlıqlarda yaranan nasazlıqlar, istehsalat prosesindəki kənarlaşmalar və aşkar edilmiş risklər barədə rəhbərə vaxtında məlumat vermək;
- Əmək intizamına, iş qrafikinə və şirkətin daxili qaydalarına riayət etmək;
- Fərdi mühafizə vasitələrindən müəyyən edilmiş qaydalara uyğun istifadə etmək;
- İstehsal səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak etmək;
- Qablaşdırma xətti avadanlıqlarının əsas iş prinsiplərini bilmək;
- İşə başlamazdan əvvəl və iş prosesində avadanlıqların vizual yoxlanışını həyata keçirmək;
- Öz səlahiyyətləri çərçivəsində avadanlıqların sazlanması və sərf materiallarının dəyişdirilməsində iştirak etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.