Əsas məzmuna keç
GoJob

Operator

Bakıda operator vakansiyasıFinancial Chain Corporation LLC

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
24 avqust 2026
Son müraciət tarixi
25 oktyabr 2026

Bakı şəhərində Sənaye və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

Financial Chain Corporation LLC Bakıda operator axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İstehsalat komandasına Operator vəzifəsinə məsuliyyətli və işinə ciddi yanaşan əməkdaşlar axtarılır.

Namizədə tələblər:

  • Orta təhsil; texniki təhsil (texnikum və ya peşə məktəbi) üstünlükdür;
  • İstehsalat sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yaş: 18–40;
  • İşə yararlılığı təsdiq edən tibbi arayış;
  • İstehsalat və avadanlıqlarla işləmə sahəsində praktiki bacarıqlar.

Əsas vəzifə və öhdəliklər:

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sənaye gigiyenası qaydalarına riayət etmək;
  • İş yerində 5S standartlarına uyğun təmizlik və nizam-intizamı qorumaq;
  • Avadanlıqlarda yaranan nasazlıqlar, istehsalat prosesindəki kənarlaşmalar və aşkar edilmiş risklər barədə rəhbərə vaxtında məlumat vermək;
  • Əmək intizamına, iş qrafikinə və şirkətin daxili qaydalarına riayət etmək;
  • Fərdi mühafizə vasitələrindən müəyyən edilmiş qaydalara uyğun istifadə etmək;
  • İstehsal səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak etmək;
  • Qablaşdırma xətti avadanlıqlarının əsas iş prinsiplərini bilmək;
  • İşə başlamazdan əvvəl və iş prosesində avadanlıqların vizual yoxlanışını həyata keçirmək;
  • Öz səlahiyyətləri çərçivəsində avadanlıqların sazlanması və sərf materiallarının dəyişdirilməsində iştirak etmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Financial Chain Corporation LLC şirkətinin digər vakansiyaları

Financial Chain Corporation LLC vakansiyaları