Backend (Java) proqramlaşdırma üzrə Aparıcı Mütəxəssis
Golden PayВакансия программиста в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 16 ноября 2026 г.
- Просмотры
- 690
- Отклики
- 24
- Приём заявок до
- 16 декабря 2026 г.
- Категория
- Информационные технологии
Вакансии в категории «Информационные технологии» в городе Баку
О вакансии
Golden Pay ищет программиста в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vakansiyanın tələbləri:
- Proqram təminatının hazırlanması üzrə 3 il;
- İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
- Bir və ya bir neçə proqramlaşdırma dilləri üzrə biliklər (məsələn, Java, Python, C#, JavaScript və s);
- Proqram təminatının dizayn prinsipləri, mikroservislər arxitekturası və paylanmış sistemlər haqqında güclü anlayış;
- Konteynerləşdirmə texnologiyaları (Docker, Kubernetes) ilə təcrübə;
- Verilənlər bazaları (SQL, NoSQL) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq;
- MS Office proqramlarını yaxşı bilmək;
- Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dili üstünlükdür;
- Problem həll etmə və analitik düşüncə.
Vəzifə öhdəlikləri:
- Layihələr üzrə kodların nəzərdən keçirilməsini təmin etmək, “pull request”-ləri yoxlamaq, layihə dizaynını nəzarətdə saxlamaq;
- Mövcud pluginlərin dəstəklənməsində, yeni pluginlərin yaradılmasında qərarverici kimi iştirak etmək, bu işlərə nəzarət etmək, yaranan texniki problemlərin həllinə dəstək vermək və yazılan pluginlərin düzgün arxitektural strukturda olmasına nəzarət etmək;
- Arxitektura ilə bağlı qərarlar vermək, ən yaxşı təcrübələr əsasında təkliflərlə çıxış etmək;
- Layihələr üzrə sənədləşdirmə işlərinin aparılmasında iştirak etmək;
- Proqramçılar üçün müxtəlif qaydalar və təlimatların yaradılmasında birbaşa iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təmin etmək;
- İcra etdiyi işlərlə bağlı birbaşa rəhbərinə hesabat vermək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.