Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Backend (Java) proqramlaşdırma üzrə Aparıcı Mütəxəssis

Golden PayBakıda proqramçı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 noyabr 2026
Baxış
690
Müraciət
24
Son müraciət tarixi
16 dekabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə iş elanları

Vakansiya haqqında

Golden Pay Bakıda proqramçı axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vakansiyanın tələbləri: 

  • Proqram təminatının hazırlanması üzrə 3 il;
  • İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
  • Bir və ya bir neçə proqramlaşdırma dilləri üzrə biliklər (məsələn, Java, Python, C#, JavaScript və s); 
  • Proqram təminatının dizayn prinsipləri, mikroservislər arxitekturası və paylanmış sistemlər haqqında güclü anlayış;
  • Konteynerləşdirmə texnologiyaları (Docker, Kubernetes) ilə təcrübə;
  • Verilənlər bazaları (SQL, NoSQL) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dili üstünlükdür; 
  • Problem həll etmə və analitik düşüncə. 

Vəzifə öhdəlikləri: 

  • Layihələr üzrə kodların nəzərdən keçirilməsini təmin etmək, “pull request”-ləri yoxlamaq, layihə dizaynını nəzarətdə saxlamaq;  
  • Mövcud pluginlərin dəstəklənməsində, yeni pluginlərin yaradılmasında qərarverici kimi iştirak etmək, bu işlərə nəzarət etmək, yaranan texniki problemlərin həllinə dəstək vermək və yazılan pluginlərin düzgün arxitektural strukturda olmasına nəzarət etmək;
  • Arxitektura ilə bağlı qərarlar vermək, ən yaxşı təcrübələr əsasında təkliflərlə çıxış etmək;
  • Layihələr üzrə sənədləşdirmə işlərinin aparılmasında iştirak etmək;
  • Proqramçılar üçün müxtəlif qaydalar və təlimatların yaradılmasında birbaşa iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təmin etmək;
  • İcra etdiyi işlərlə bağlı birbaşa rəhbərinə hesabat vermək. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Golden Pay şirkətinin digər vakansiyaları

Golden Pay vakansiyaları