Qaynaqçı
VS Avto Servis MMCВакансия сварщика в Баку
Зарплата: Зарплата не указана
О вакансии
VS Avto Servis MMC ищет сварщика в Баку. Полная занятость. Отклик напрямую работодателю.
VS Avto Servis MMC-də yük avtomobillərinin kuzovlarının hazırlanması, yığılması və təmiri, metal konstruksiyaların qaynaq vasitəsilə birləşdirilməsi, metal hissələrin bərpası və digər qaynaq işlərinin yerinə yetirilməsi.
Vəzifə öhdəlikləri:
- Yük avtomobillərinin kuzovlarının yığılması və təmiri üzrə qaynaq işlərini yerinə yetirmək;
- Metal konstruksiyaların, bortların, çərçivələrin və profillərin qaynaq işlərini aparmaq;
- Metal hissələri ölçüyə uyğun hazırlamaq və birləşdirmək;
- Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini təmin etmək;
- Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün istifadə etmək;
- İş yerində təmizliyə, nizam-intizama və təhlükəsizlik qaydalarına riayət etmək;
- Verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə dair tələblər:
- Qaynaqçı vəzifəsi üzrə iş təcrübəsinin olması arzuolunandır;
- Elektrik qaynağı və digər müvafiq qaynaq üsullarını bilmək;
- Metal materiallarla işləmək və texniki ölçüləri oxumaq bacarığı;
- Qaynaq aparatlarından və müvafiq alətlərdən istifadə etmək bacarığı;
- Texniki çertyojları oxumaq bacarığı üstünlükdür;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
İş şəraiti:
- İş yeri: VS AVTO SERVİS MMC-nin istehsalat sahəsi;
- İş istiqaməti: Yük avtomobillərinin kuzovlarının istehsalı, yığılması və təmiri;
- İş qrafiki: Müəssisə tərəfindən müəyyən edilmiş qaydada;
- İş yeri Xırdalan şəhərində yereləşir.
- Əmək haqqı müsabiqə əsasında təyin olunur
Əlaqə 010-256-10-24
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.