Skip to content
GoJob

Qaynaqçı

VS Avto Servis MMCWelder job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 28, 2026
Apply before
November 27, 2026
Category
Engineering

Engineering jobs in Baku

About this job

VS Avto Servis MMC is hiring a welder in Baku. Full-time. Apply directly to the employer.

VS Avto Servis MMC-də yük avtomobillərinin kuzovlarının hazırlanması, yığılması və təmiri, metal konstruksiyaların qaynaq vasitəsilə birləşdirilməsi, metal hissələrin bərpası və digər qaynaq işlərinin yerinə yetirilməsi.

Vəzifə öhdəlikləri:

  • Yük avtomobillərinin kuzovlarının yığılması və təmiri üzrə qaynaq işlərini yerinə yetirmək;
  • Metal konstruksiyaların, bortların, çərçivələrin və profillərin qaynaq işlərini aparmaq;
  • Metal hissələri ölçüyə uyğun hazırlamaq və birləşdirmək;
  • Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini təmin etmək;
  • Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün istifadə etmək;
  • İş yerində təmizliyə, nizam-intizama və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Namizədə dair tələblər:

  • Qaynaqçı vəzifəsi üzrə iş təcrübəsinin olması arzuolunandır;
  • Elektrik qaynağı və digər müvafiq qaynaq üsullarını bilmək;
  • Metal materiallarla işləmək və texniki ölçüləri oxumaq bacarığı;
  • Qaynaq aparatlarından və müvafiq alətlərdən istifadə etmək bacarığı;
  • Texniki çertyojları oxumaq bacarığı üstünlükdür;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Komandada işləmək bacarığı;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

İş şəraiti:

  • İş yeri: VS AVTO SERVİS MMC-nin istehsalat sahəsi;
  • İş istiqaməti: Yük avtomobillərinin kuzovlarının istehsalı, yığılması və təmiri;
  • İş qrafiki: Müəssisə tərəfindən müəyyən edilmiş qaydada;
  • İş yeri Xırdalan şəhərində yereləşir.
  • Əmək haqqı müsabiqə əsasında təyin olunur

Əlaqə 010-256-10-24

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at VS Avto Servis MMC

Jobs at VS Avto Servis MMC