Qazanxanaçı
Respublika Diaqnostika MərkəziQazanxanaçı — вакансия в Баку
Зарплата: от 562 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 12 ноября 2026 г.
- Приём заявок до
- 12 декабря 2026 г.
- Категория
- Рестораны и кафе
О вакансии
Respublika Diaqnostika Mərkəzi ищет сотрудника на должность «Qazanxanaçı» в Баку. Полная занятость, зарплата 562 AZN. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- Qazanxana sistemlərinin, köməkçi mexanizmlərin (nasoslar, mühərriklər, soyutma avadanlıqları və s.) düzgün istismarını, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək, tələb olunduqda onları işə salmaq və ya dayandırmaq.
- Buxar təzyiqini, suyun səviyyəsini, qızdırıcı sistemlərə verilən suyun temperaturunu, manometrləri, qoruyucu klapanları və avtomatik cihazları davamlı izləmək, normativlərə uyğunluğunu saxlamaq.
- Avadanlıqlarda yaranan nasazlıqları vaxtında müəyyən etmək və dərhal aidiyyəti şəxslərə məlumat vermək.
- Avadanlıqların iş rejiminə dair texniki göstəricilərinin qeydiyyatını aparmaq, sahə üzrə normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müvafiq jurnalları və sənədləşməni tərtib etmək.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, yanğından mühafizə üzrə normalara, eləcə də daxili nizam-intizam normalarına riayət etmək.
Tələblər
- Təhsil: Orta texniki təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən yuxarı
- Yaş həddi: 20-45 yaş aralığında
- Sertifikat: Qazanxanaçı sertifikatı
- Yüksək texniki biliklər
İş rejimi və şərtlər
- İş yeri: Bakı şəhəri, Yasamal Rayonu
- İş rejimi: növbəli (yalnız gecə növbəsi)
- Əmək haqqı: 562 Azn Gross
Maraqlanan namizədlər öz CV-lərini və setifikatlarının surətini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən vəzifəni qeyd etməyiniz xahiş olunur.