Əsas məzmuna keç
GoJob

Qazanxanaçı

Respublika Diaqnostika MərkəziBakıda qazanxanaçı vakansiyası

Maaş: 562 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 noyabr 2026
Son müraciət tarixi
12 dekabr 2026

Bakı şəhərində Restoran və Kafe üzrə vakansiyalar

Vakansiya haqqında

Respublika Diaqnostika Mərkəzi Bakıda «Qazanxanaçı» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 562 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri: 

  • Qazanxana sistemlərinin, köməkçi mexanizmlərin (nasoslar, mühərriklər, soyutma avadanlıqları və s.) düzgün istismarını, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək, tələb olunduqda onları işə salmaq və ya dayandırmaq.
  • Buxar təzyiqini, suyun səviyyəsini, qızdırıcı sistemlərə verilən suyun temperaturunu, manometrləri, qoruyucu klapanları və avtomatik cihazları davamlı izləmək, normativlərə uyğunluğunu saxlamaq.
  • Avadanlıqlarda yaranan nasazlıqları vaxtında müəyyən etmək və dərhal aidiyyəti şəxslərə məlumat vermək.
  • Avadanlıqların iş rejiminə dair texniki göstəricilərinin qeydiyyatını aparmaq, sahə üzrə normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müvafiq jurnalları və sənədləşməni tərtib etmək.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, yanğından mühafizə üzrə normalara, eləcə də daxili nizam-intizam normalarına riayət etmək.

Tələblər

  • Təhsil: Orta texniki təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən yuxarı
  • Yaş həddi:  20-45 yaş aralığında
  • Sertifikat: Qazanxanaçı sertifikatı 
  • Yüksək texniki biliklər

İş rejimi və şərtlər

  • İş yeri: Bakı şəhəri, Yasamal Rayonu
  • İş rejimi: növbəli (yalnız gecə növbəsi)
  • Əmək haqqı: 562 Azn Gross

Maraqlanan namizədlər öz CV-lərini və setifikatlarının surətini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

CV göndərərkən vəzifəni qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar