Sahibkarlarla iş üzrə baş mütəxəssis
Meqa Sığorta ASCSahibkarlarla iş üzrə mütəxəssis — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 17 ноября 2026 г.
- Просмотры
- 706
- Отклики
- 32
- Приём заявок до
- 17 декабря 2026 г.
- Категория
- Продажи и торговля
О вакансии
Meqa Sığorta ASC ищет сотрудника на должность «Sahibkarlarla iş üzrə mütəxəssis» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Struktur bölmə: Satış departamenti – Sahibkarlarla iş şöbəsi
Vəzifə öhdəlikləri:
- Sahibkarlıq subyektləri üzrə mürəkkəb və yüksək potensiallı müştəri imkanlarını müəyyən etmək, satış strategiyasının şöbə hədəflərinə uyğun icrasına töhfə vermək;
- Müştərinin biznes modelini, əmlakını və əsas risklərini təhlil edərək kompleks biznes sığorta həllərinin formalaşdırılmasını və təqdim edilməsini koordinasiya etmək;
- İri və strateji əhəmiyyətli sahibkarlarla danışıqları aparmaq, kommersiya şərtlərinin razılaşdırılmasında və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasında iştirak etmək;
- Mürəkkəb risklər üzrə Anderraytinq və digər aidiyyəti bölmələrlə işin koordinasiyasını, tələb olunan məlumatların tamlığını və prosesin vaxtında aparılmasını təmin etmək;
- Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
- Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
- Satış göstəricilərini təhlil etmək, bazar və məhsul ehtiyacları üzrə təkliflər hazırlamaq.
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
- Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
- Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə.
İş şərtləri:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
- Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Sahibkarlarla iş üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.