Перейти к содержимому
GoJob
Назад к списку вакансий

Strateji satış üzrə baş mütəxəssis

Meqa Sığorta ASCВакансия специалиста по продажам в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
17 ноября 2026 г.
Просмотры
652
Отклики
44
Приём заявок до
17 декабря 2026 г.

Вакансии в категории «Продажи и торговля» в городе Баку

О вакансии

Meqa Sığorta ASC ищет специалиста по продажам в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Struktur bölmə: Satış departamenti – Strateji satış şöbəsi

Vəzifə öhdəlikləri:

  • Cəmiyyət üçün strateji əhəmiyyət daşıyan iri holdinqlər, transmilli şirkətlər və dövlət əhəmiyyətli qurumlar üzrə satış imkanlarını müəyyən etmək və inkişaf etdirmək;
  • Yüksək büdcəli, yüksək sığorta tutumlu, kompleks və xüsusi risklər üzrə sığorta həllərinin hazırlanması və satış prosesinin aparıcı koordinasiyasını həyata keçirmək;
  • Strateji müştərilərin biznes və risk ehtiyaclarını dərindən təhlil etmək, fərdi sığorta proqramları və uzunmüddətli əməkdaşlıq təklifləri hazırlamaq;
  • Müştərilərlə danışıqlar aparmaq, kommersiya şərtlərinin razılaşdırılması və müqavilələrin bağlanması prosesində iştirak etmək;
  • Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
  • Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
  • Strateji satış nəticələrini və portfel göstəricilərini təhlil etmək, rəhbərliyə əsaslandırılmış təklif və hesabatlar təqdim etmək.
  • Namizədə olan tələblər:
  • Ali təhsil;
  • İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
  • Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
  • Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə.

İş şərtləri:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
  • Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.

Zəhmət olmasa, mövzu bölməsində “Strateji satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.

Другие вакансии компании Meqa Sığorta ASC

Вакансии Meqa Sığorta ASC