Перейти к содержимому
GoJob

Satınalma üzrə Aparıcı mütəxəssis

AvroraВакансия специалиста по закупкам в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
28 октября 2026 г.
Приём заявок до
27 ноября 2026 г.

Вакансии в категории «Логистика и транспорт» в городе Баку

О вакансии

Avrora ищет специалиста по закупкам в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Əsas vəzifə öhdəlikləri:

  • Xarici bazarlardan idxal olunan məhsulların daşınması ilə bağlı prosesləri Xarici Logistika Şöbəsi ilə koordinasiya etmək;
  • Gömrük və digər rəsmiləşdirmə prosesləri üçün tələb olunan sənədləri Xarici Logistika Şöbəsinə təqdim etmək;
  • Təchizatçılar üzrə borc öhdəliklərini izləmək və müvafiq nəzarəti həyata keçirmək;
  • Təchizatçılarla işgüzar münasibətlərin qurulması və onların qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Müvafiq sistemdə satınalma sifarişlərini yaratmaq və ödənişə yönləndirmək;
  • Sifarişləri yoxlamaq, təhlil etmək və tələb olunan müddətdə icrasını təmin etmək;
  • İqtisadi Təhlil Şöbəsi tərəfindən təqdim olunan satış planları əsasında minimum və maksimum ehtiyat qalıqlarını, eləcə də təminat müddətlərini nəzərə alaraq hazır məhsul sifarişlərini formalaşdırmaq;
  • Maliyyə planının hazırlanmasında iştirak etmək və müvafiq planlaşdırmanı həyata keçirmək;
  • Məhsulların keyfiyyəti ilə bağlı yaranan problemləri araşdırmaq və həlli istiqamətində müvafiq tədbirlər görmək;
  • Anbara daxil olan mallar üzrə sənədləşmə prosesinə nəzarət etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Satınalma və təchizat prosesləri üzrə biliklər;
  • Sifarişlərin idarə edilməsi və təchizatçılarla işgüzar münasibətlərin qurulması bacarığı;
  • Analitik düşünmə, məlumatların təhlili və problem həll etmə bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Təchizatın idarəedilməsi sahəsində üstünlükdür)
  • Satınalma, təchizat və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə küç. 46C

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə Aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Другие вакансии компании Avrora

Вакансии Avrora