Satınalma üzrə Aparıcı mütəxəssis
AvroraBakıda satınalma üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 28 oktyabr 2026
- Son müraciət tarixi
- 27 noyabr 2026
- Kateqoriya
- Logistika və Nəqliyyat
Vakansiya haqqında
Avrora Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas vəzifə öhdəlikləri:
- Xarici bazarlardan idxal olunan məhsulların daşınması ilə bağlı prosesləri Xarici Logistika Şöbəsi ilə koordinasiya etmək;
- Gömrük və digər rəsmiləşdirmə prosesləri üçün tələb olunan sənədləri Xarici Logistika Şöbəsinə təqdim etmək;
- Təchizatçılar üzrə borc öhdəliklərini izləmək və müvafiq nəzarəti həyata keçirmək;
- Təchizatçılarla işgüzar münasibətlərin qurulması və onların qiymətləndirilməsi prosesində iştirak etmək;
- Müvafiq sistemdə satınalma sifarişlərini yaratmaq və ödənişə yönləndirmək;
- Sifarişləri yoxlamaq, təhlil etmək və tələb olunan müddətdə icrasını təmin etmək;
- İqtisadi Təhlil Şöbəsi tərəfindən təqdim olunan satış planları əsasında minimum və maksimum ehtiyat qalıqlarını, eləcə də təminat müddətlərini nəzərə alaraq hazır məhsul sifarişlərini formalaşdırmaq;
- Maliyyə planının hazırlanmasında iştirak etmək və müvafiq planlaşdırmanı həyata keçirmək;
- Məhsulların keyfiyyəti ilə bağlı yaranan problemləri araşdırmaq və həlli istiqamətində müvafiq tədbirlər görmək;
- Anbara daxil olan mallar üzrə sənədləşmə prosesinə nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Satınalma və təchizat prosesləri üzrə biliklər;
- Sifarişlərin idarə edilməsi və təchizatçılarla işgüzar münasibətlərin qurulması bacarığı;
- Analitik düşünmə, məlumatların təhlili və problem həll etmə bacarığı;
- Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Təchizatın idarəedilməsi sahəsində üstünlükdür)
- Satınalma, təchizat və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə küç. 46C
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə Aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.