Satınalma üzrə kiçik mütəxəssis
Azeri Mining GroupВакансия специалиста по закупкам в Баку
Зарплата: от 500 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 12 ноября 2026 г.
- Приём заявок до
- 12 декабря 2026 г.
- Категория
- Логистика, склад и закупки
Вакансии в категории «Логистика, склад и закупки» в городе Баку
О вакансии
Azeri Mining Group ищет специалиста по закупкам в Баку. Полная занятость, зарплата 500 AZN. Отклик напрямую работодателю.
Azeri Mining Group MMC Satınalma və Təchizat şöbəsi üzrə Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
- Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
- Mal və xidmətlərin satınalma prosesinin təşkili və koordinasiyası;
- Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması;
- Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
- Müqavilələrin, hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması və idarə edilməsi;
- Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması;
- Satınalma və logistika prosesləri üzrə müvafiq hesabatların hazırlanması;
- Satınalma və logistika əməliyyatları üzrə məlumatların ERP sistemində qeydiyyata alınması.
Namizədə dair tələblər
- İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi arzuolunandır;
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı;
- İngilis dili biliyi – yaxşı səviyyədə;
- Analitik düşünmə, detallara diqqət və ünsiyyət bacarıqları.
İş şəraiti
- İş yeri: Xırdalan;
- İş qrafiki: 5 günlük, 09:00–18:00;
- Əmək haqqı: 500–600 AZN;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.