Dealer Sales Manager
Omnivision MMCВакансия менеджера по продажам в Баку
Зарплата: от 700 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 9 ноября 2026 г.
- Приём заявок до
- 9 декабря 2026 г.
- Категория
- Продажи и торговля
О вакансии
Omnivision MMC ищет менеджера по продажам в Баку. Полная занятость, зарплата 700 AZN. Отклик напрямую работодателю.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Sahə: Təhlükəsizlik sistemləri, videomüşahidə və İT həlləri
Komandamızı genişləndirmək və diler şəbəkəmizin inkişafını sürətləndirmək məqsədilə nəticəyönümlü, təşəbbüskar və aktiv satış bacarıqlarına malik Dealer Sales Manager axtarırıq.
Vəzifə öhdəlikləri
- Azərbaycan bazarında yeni dilerlərin, resellerlərin, pərakəndə satış mağazalarının, CCTV ustalarının və sistem inteqratorlarının müəyyən edilməsi və əməkdaşlığa cəlb olunması;
- Potensial B2B müştərilərlə ilkin əlaqələrin qurulması, kommersiya təkliflərinin hazırlanması və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi;
- Mövcud diler şəbəkəsi ilə davamlı işgüzar münasibətlərin saxlanılması və satış həcminin artırılması;
- Müştərilərə məhsul portfeli, qiymət siyasəti, xüsusi təkliflər və kampaniyalar haqqında məlumat verilməsi;
- Müştəri görüşlərinin, məhsul təqdimatlarının və kommersiya danışıqlarının təşkili və aparılması;
- Yeni müştərilərin ilk sifarişlərinin təmin edilməsi və uzunmüddətli əməkdaşlığın qurulması;
- Müştərilərin ehtiyaclarının təhlili və uyğun texnoloji həllərin təklif edilməsi;
- Rəqib şirkətlərin fəaliyyətinin, bazar qiymətlərinin və satış strategiyalarının monitorinqi;
- Satış planlarının icrası və müəyyən edilmiş KPI göstəricilərinə nail olunması;
- CRM sistemində müştəri bazasının, görüşlərin və satış fəaliyyətinin müntəzəm yenilənməsi;
- Satış nəticələri, yeni müştərilər və bazar fəaliyyəti üzrə rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.
Namizədə tələblər
- CCTV və təhlükəsizlik sistemlərinin satışı sahəsində minimum 2 il iş təcrübəsi;
- Yeni müştərilərin cəlb edilməsi və aktiv B2B satış üzrə praktiki təcrübə;
- Diler, reseller və distribütorluq satış modellərini anlamaq;
- Videomüşahidə avadanlıqları, təhlükəsizlik sistemləri və əlaqəli texnoloji məhsullar haqqında biliklər;
- Güclü ünsiyyət, təqdimat və kommersiya danışıqları aparmaq bacarığı;
- Müştəri bazası yaratmaq və uzunmüddətli işgüzar əlaqələr qurmaq bacarığı;
- Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü işləmək bacarığı;
- CRM və MS Office proqramları ilə işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- Sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə təcrübəsi üstünlükdür.
İş şəraiti
- İş qrafiki: Həftədə 5 iş günü
- İş saatları: 09:00–18:00 və ya 10:00–19:00
- Əməkhaqqı: 700–1 000 AZN (namizədin bilik, bacarıq və iş təcrübəsindən asılı olaraq müəyyən edilir).
Biz nə təklif edirik?
- Texnologiya və təhlükəsizlik sektorunda inkişaf edən şirkətdə karyera imkanı;
- Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə, KPI göstəricilərinə əsaslanan bonus sistemi;
- Beynəlxalq brend və geniş məhsul portfeli ilə işləmək imkanı;
- Peşəkar inkişaf və məhsullar üzrə mütəmadi təlimlər;
- Dinamik və peşəkar komanda mühiti;
- Karyera yüksəlişi və uzunmüddətli inkişaf perspektivi.
Bizim üçün vacib olan nədir?
- Biz sadəcə mövcud müştərilərlə işləyəcək satış əməkdaşı deyil, bazarı araşdıran, yeni müştərilər tapan, diler şəbəkəsi quran və real satış nəticələri əldə edən komanda üzvü axtarırıq.
- Əgər siz aktiv satışa, yeni biznes imkanlarının yaradılmasına və nəticə əldə etməyə fokuslanmış şəxssinizsə, komandamıza qoşulun!
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Dealer Sales Manager qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.