Əsas məzmuna keç
GoJob

Dealer Sales Manager

Omnivision MMCBakıda satış meneceri vakansiyası

Maaş: 700 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
9 noyabr 2026
Son müraciət tarixi
9 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə vakansiyalar

Vakansiya haqqında

Omnivision MMC Bakıda satış meneceri axtarır. Tam ştat, maaş 700 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam iş günü

Sahə: Təhlükəsizlik sistemləri, videomüşahidə və İT həlləri

Komandamızı genişləndirmək və diler şəbəkəmizin inkişafını sürətləndirmək məqsədilə nəticəyönümlü, təşəbbüskar və aktiv satış bacarıqlarına malik Dealer Sales Manager axtarırıq.

Vəzifə öhdəlikləri

  • Azərbaycan bazarında yeni dilerlərin, resellerlərin, pərakəndə satış mağazalarının, CCTV ustalarının və sistem inteqratorlarının müəyyən edilməsi və əməkdaşlığa cəlb olunması;
  • Potensial B2B müştərilərlə ilkin əlaqələrin qurulması, kommersiya təkliflərinin hazırlanması və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi;
  • Mövcud diler şəbəkəsi ilə davamlı işgüzar münasibətlərin saxlanılması və satış həcminin artırılması;
  • Müştərilərə məhsul portfeli, qiymət siyasəti, xüsusi təkliflər və kampaniyalar haqqında məlumat verilməsi;
  • Müştəri görüşlərinin, məhsul təqdimatlarının və kommersiya danışıqlarının təşkili və aparılması;
  • Yeni müştərilərin ilk sifarişlərinin təmin edilməsi və uzunmüddətli əməkdaşlığın qurulması;
  • Müştərilərin ehtiyaclarının təhlili və uyğun texnoloji həllərin təklif edilməsi;
  • Rəqib şirkətlərin fəaliyyətinin, bazar qiymətlərinin və satış strategiyalarının monitorinqi;
  • Satış planlarının icrası və müəyyən edilmiş KPI göstəricilərinə nail olunması;
  • CRM sistemində müştəri bazasının, görüşlərin və satış fəaliyyətinin müntəzəm yenilənməsi;
  • Satış nəticələri, yeni müştərilər və bazar fəaliyyəti üzrə rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.

Namizədə tələblər

  • CCTV və təhlükəsizlik sistemlərinin satışı sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yeni müştərilərin cəlb edilməsi və aktiv B2B satış üzrə praktiki təcrübə;
  • Diler, reseller və distribütorluq satış modellərini anlamaq;
  • Videomüşahidə avadanlıqları, təhlükəsizlik sistemləri və əlaqəli texnoloji məhsullar haqqında biliklər;
  • Güclü ünsiyyət, təqdimat və kommersiya danışıqları aparmaq bacarığı;
  • Müştəri bazası yaratmaq və uzunmüddətli işgüzar əlaqələr qurmaq bacarığı;
  • Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü işləmək bacarığı;
  • CRM və MS Office proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə təcrübəsi üstünlükdür.

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü
  • İş saatları: 09:00–18:00 və ya 10:00–19:00
  • Əməkhaqqı: 700–1 000 AZN (namizədin bilik, bacarıq və iş təcrübəsindən asılı olaraq müəyyən edilir).

Biz nə təklif edirik?

  • Texnologiya və təhlükəsizlik sektorunda inkişaf edən şirkətdə karyera imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə, KPI göstəricilərinə əsaslanan bonus sistemi;
  • Beynəlxalq brend və geniş məhsul portfeli ilə işləmək imkanı;
  • Peşəkar inkişaf və məhsullar üzrə mütəmadi təlimlər;
  • Dinamik və peşəkar komanda mühiti;
  • Karyera yüksəlişi və uzunmüddətli inkişaf perspektivi.

Bizim üçün vacib olan nədir?

  • Biz sadəcə mövcud müştərilərlə işləyəcək satış əməkdaşı deyil, bazarı araşdıran, yeni müştərilər tapan, diler şəbəkəsi quran və real satış nəticələri əldə edən komanda üzvü axtarırıq.
  • Əgər siz aktiv satışa, yeni biznes imkanlarının yaradılmasına və nəticə əldə etməyə fokuslanmış şəxssinizsə, komandamıza qoşulun!

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Dealer Sales Manager qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar