Satış mütəxəssisi (B2B / Xammal satışı)
Movi-Baku MMCВакансия специалиста по продажам в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 17 ноября 2026 г.
- Просмотры
- 623
- Отклики
- 35
- Приём заявок до
- 17 декабря 2026 г.
- Категория
- Продажи и торговля
О вакансии
Movi-Baku MMC ищет специалиста по продажам в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Şirkətimiz xammal məhsullarının satışı və korporativ müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində komandamıza aktiv, ünsiyyətcil və nəticəyönümlü Satış mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri
- Azərbaycan bazarında potensial müştərilərin, xüsusilə iri zavodların, fabriklərin və istehsalat müəssisələrinin müəyyən edilməsi və yeni müştəri bazasının formalaşdırılması;
- Xammal məhsullarının satışı məqsədilə istehsalat müəssisələri və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Potensial müştərilərə kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
- Müştərilərlə görüşlərin və işgüzar danışıqların təşkil edilməsi və keçirilməsi;
- Şirkətin təqdim etdiyi məhsulların çeşidinin, texniki xüsusiyyətlərinin və istifadə sahələrinin öyrənilməsi;
- Müştərilərə məhsullar haqqında ətraflı məlumatın verilməsi və məhsul təqdimatlarının keçirilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və onlara uyğun məhsulların təklif olunması;
- Mövcud müştərilərlə əlaqələrin davam etdirilməsi və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
- Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənilməsi;
- Görülmüş işlər, keçirilmiş görüşlər və satış nəticələri barədə mütəmadi hesabatların hazırlanması.
Namizədə tələblər
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- B2B satış və korporativ müştərilərlə iş təcrübəsinin olması;
- Azərbaycan dilində sərbəst və səlis ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Yeni müştərilərin cəlb edilməsi və işgüzar əlaqələrin qurulması bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Məsuliyyətli, təşəbbüskar, çevik və nəticəyönümlü olmaq;
- Komandada və müstəqil şəkildə işləmək bacarığı;
- İstehsalat, sənaye və ya xammal məhsullarının satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Korporativ müştərilərlə və iri istehsalat müəssisələri ilə işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış mütəxəssisi (B2B)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərə bilərlər