Skip to content
GoJob
Back to jobs

Satış mütəxəssisi (B2B / Xammal satışı)

Movi-Baku MMCSales specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 17, 2026
Views
623
Applications
35
Apply before
December 17, 2026

Sales & Retail jobs in Baku

About this job

Movi-Baku MMC is hiring a sales specialist in Baku. Full-time. Apply directly to the employer.

Şirkətimiz xammal məhsullarının satışı və korporativ müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində komandamıza aktiv, ünsiyyətcil və nəticəyönümlü Satış mütəxəssisi axtarır.

Vəzifə öhdəlikləri

  • Azərbaycan bazarında potensial müştərilərin, xüsusilə iri zavodların, fabriklərin və istehsalat müəssisələrinin müəyyən edilməsi və yeni müştəri bazasının formalaşdırılması;
  • Xammal məhsullarının satışı məqsədilə istehsalat müəssisələri və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Potensial müştərilərə kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
  • Müştərilərlə görüşlərin və işgüzar danışıqların təşkil edilməsi və keçirilməsi;
  • Şirkətin təqdim etdiyi məhsulların çeşidinin, texniki xüsusiyyətlərinin və istifadə sahələrinin öyrənilməsi;
  • Müştərilərə məhsullar haqqında ətraflı məlumatın verilməsi və məhsul təqdimatlarının keçirilməsi;
  • Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və onlara uyğun məhsulların təklif olunması;
  • Mövcud müştərilərlə əlaqələrin davam etdirilməsi və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
  • Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənilməsi;
  • Görülmüş işlər, keçirilmiş görüşlər və satış nəticələri barədə mütəmadi hesabatların hazırlanması.

Namizədə tələblər

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • B2B satış və korporativ müştərilərlə iş təcrübəsinin olması;
  • Azərbaycan dilində sərbəst və səlis ünsiyyət bacarığı;
  • Rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
  • Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Yeni müştərilərin cəlb edilməsi və işgüzar əlaqələrin qurulması bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar, çevik və nəticəyönümlü olmaq;
  • Komandada və müstəqil şəkildə işləmək bacarığı;
  • İstehsalat, sənaye və ya xammal məhsullarının satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Tam iş günü
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Korporativ müştərilərlə və iri istehsalat müəssisələri ilə işləmək imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış mütəxəssisi (B2B)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərə bilərlər

Similar jobs