Перейти к содержимому
GoJob

Təcrübə proqramı

ONWAY MMCTəcrübə proqramı — вакансия в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
4 ноября 2026 г.
Приём заявок до
4 декабря 2026 г.

Вакансии в категории «Логистика, склад и закупки» в городе Баку

О вакансии

ONWAY MMC ищет сотрудника на должность «Təcrübə proqramı» в Баку. Полная занятость. Отклик напрямую работодателю.

OnWay komandası gənc, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri təcrübə proqramına dəvət edir!

Təcrübə müddətində real biznes proseslərində iştirak edəcək, işləyəcək və nəzəri biliklərini praktiki bacarıqlara çevirəcəksən.

Açıq təcrübə istiqamətləri:

Çatdırılma üzrə mütəxəssis

  • Çatdırılma proseslərinin təşkili və koordinasiyası
  • Sifarişlərin icrasına nəzarət
  • Kuryer xidmətinin idarə edilməsi
  • Kuryer və müştərilərlə kommunikasiya
  • Logistika proseslərinin təhlili və optimallaşdırılması

Qeyd: Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin olması arzu olunandır!

Korporativ satış üzrə mütəxəssis

  • Potensial korporativ müştərilərin araşdırılması
  • Yeni müştərilərin cəlb edilməsi
  • Satış təkliflərinin hazırlanmasında iştirak
  • Müştəri münasibətlərinin idarə olunması
  • Müştərilərlə görüş və real satış imkanları
  • Müştərilərlə əlaqə və telefon zəngləri

Kateqoriya üzrə mütəxəssis

  • Məhsul kateqoriyalarının araşdırılması və inkişafı
  • Təchizatçılarla əlaqə
  • Təchizatçıların və məhsulların təhlili
  • Qiymət və rəqabət monitorinqi
  • Məhsul çeşidinin formalaşdırılmasında iştirak
  • Təchizatçılarla müqavilələrin bağlanması

Namizədlərdən gözləntilərimiz:

  • Ali təhsil müəssisələrinin tələbələri və yeni məzunlar
  • Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq
  • Komanda ilə işləmək bacarığı
  • MS Office proqramları üzrə ilkin biliklər
  • Praktikadan sonra komandada qalıb işləmək istəyənlər

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Proqram sonunda təcrübəçilər Sertifikatla və özünü müvəffəqiyyətlə doğruldan təcrübəçilər işə qəbul ediləcəklər.

Другие вакансии компании ONWAY MMC

Вакансии ONWAY MMC