Təcrübə proqramı
ONWAY MMCBakıda təcrübə proqramı vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə vakansiyalar
Vakansiya haqqında
ONWAY MMC Bakıda «Təcrübə proqramı» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
OnWay komandası gənc, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri təcrübə proqramına dəvət edir!
Təcrübə müddətində real biznes proseslərində iştirak edəcək, işləyəcək və nəzəri biliklərini praktiki bacarıqlara çevirəcəksən.
Açıq təcrübə istiqamətləri:
Çatdırılma üzrə mütəxəssis
- Çatdırılma proseslərinin təşkili və koordinasiyası
- Sifarişlərin icrasına nəzarət
- Kuryer xidmətinin idarə edilməsi
- Kuryer və müştərilərlə kommunikasiya
- Logistika proseslərinin təhlili və optimallaşdırılması
Qeyd: Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin olması arzu olunandır!
Korporativ satış üzrə mütəxəssis
- Potensial korporativ müştərilərin araşdırılması
- Yeni müştərilərin cəlb edilməsi
- Satış təkliflərinin hazırlanmasında iştirak
- Müştəri münasibətlərinin idarə olunması
- Müştərilərlə görüş və real satış imkanları
- Müştərilərlə əlaqə və telefon zəngləri
Kateqoriya üzrə mütəxəssis
- Məhsul kateqoriyalarının araşdırılması və inkişafı
- Təchizatçılarla əlaqə
- Təchizatçıların və məhsulların təhlili
- Qiymət və rəqabət monitorinqi
- Məhsul çeşidinin formalaşdırılmasında iştirak
- Təchizatçılarla müqavilələrin bağlanması
Namizədlərdən gözləntilərimiz:
- Ali təhsil müəssisələrinin tələbələri və yeni məzunlar
- Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq
- Komanda ilə işləmək bacarığı
- MS Office proqramları üzrə ilkin biliklər
- Praktikadan sonra komandada qalıb işləmək istəyənlər
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.
Proqram sonunda təcrübəçilər Sertifikatla və özünü müvəffəqiyyətlə doğruldan təcrübəçilər işə qəbul ediləcəklər.