Təmir tikinti üzrə mühəndis
" SR DEVELOPMENT " MMCTəmir tikinti üzrə mühəndis — вакансия в Баку
Зарплата: Зарплата не указана
О вакансии
" SR DEVELOPMENT " MMC ищет сотрудника на должность «Təmir tikinti üzrə mühəndis» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- Mənzilin vəziyyətinə tam nəzarət etmək, mütəmadi yoxlamalar aparmaq və hesabat təqdim etmək
- Mənzildə aparılan tamir-tikinti işlərinə nəzarət etmək, işlərin keyfiyyətini və qrafikə uyğunluğunu yoxlamaq
- MEP (Mexaniki, Elektrik, Santexnika) sistemlərinin quraşdırılması və istismara verilməsi işlərinə nəzarət etmək
- FitOut (daxili tamamlama və dizayn) işlərinə nəzarət etmək, materialların və işçilik keyfiyyətinin standartlara uyğunluğunu təmin etmək
- Podratçı və subpodratçılarla koordinasiya aparmaq, iş qrafikini izləmək
- Görülən işlər barədə müntəzəm foto/video hesabatlar hazırlamaq
- Materialların tədarükünü və sayğaclarını yoxlamaq
- Təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək
Tələblər:
- Tikinti, memarlıq və ya mühəndislik sahəsində ali təhsil
- Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
- MEP və FitOut işləri üzrə praktiki bilik və təcrübə
- Təmir-tikinti materiallarını və iş texnologiyalarını yaxşı bilmək
- Layihə sənədlərini (cizgi, smeta, qrafik) oxuya bilmək
- MS Office, AutoCAD və digər müvafiq proqramlarda işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və nəzarətçi yanaşma
- Vaxta uyğun işləmə və hesabatlılıq bacarığı
Qeyd: Əmək haqqı müsahibə əsasında təyin olunur
CV-lərinizi mövzu hissəsində “Təmir tikinti üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.