Əsas məzmuna keç
GoJob

Təmir tikinti üzrə mühəndis

" SR DEVELOPMENT " MMCBakıda təmir tikinti üzrə mühəndis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

" SR DEVELOPMENT " MMC Bakıda «Təmir tikinti üzrə mühəndis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Mənzilin vəziyyətinə tam nəzarət etmək, mütəmadi yoxlamalar aparmaq və hesabat təqdim etmək
  • Mənzildə aparılan tamir-tikinti işlərinə nəzarət etmək, işlərin keyfiyyətini və qrafikə uyğunluğunu yoxlamaq
  • MEP (Mexaniki, Elektrik, Santexnika) sistemlərinin quraşdırılması və istismara verilməsi işlərinə nəzarət etmək
  • FitOut (daxili tamamlama və dizayn) işlərinə nəzarət etmək, materialların və işçilik keyfiyyətinin standartlara uyğunluğunu təmin etmək
  • Podratçı və subpodratçılarla koordinasiya aparmaq, iş qrafikini izləmək
  • Görülən işlər barədə müntəzəm foto/video hesabatlar hazırlamaq
  • Materialların tədarükünü və sayğaclarını yoxlamaq
  • Təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək

Tələblər:

  • Tikinti, memarlıq və ya mühəndislik sahəsində ali təhsil
  • Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi
  • MEP və FitOut işləri üzrə praktiki bilik və təcrübə
  • Təmir-tikinti materiallarını və iş texnologiyalarını yaxşı bilmək
  • Layihə sənədlərini (cizgi, smeta, qrafik) oxuya bilmək
  • MS Office, AutoCAD və digər müvafiq proqramlarda işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və nəzarətçi yanaşma
  • Vaxta uyğun işləmə və hesabatlılıq bacarığı

Qeyd: Əmək haqqı müsahibə əsasında təyin olunur

CV-lərinizi mövzu hissəsində “Təmir tikinti üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Oxşar vakansiyalar