Ofis Administratoru
İKMA AzərbaycanBakıda administrator vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 3 noyabr 2026
- Son müraciət tarixi
- 3 dekabr 2026
- Kateqoriya
- Ofis və İnzibati işlər
Vakansiya haqqında
İKMA Azərbaycan Bakıda administrator axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İnzibati və ofis idarəetməsi
- Ofisin gündəlik inzibati fəaliyyətini təşkil etmək və koordinasiya etmək
- Ofis qaydalarını və daxili inzibati prosedurları hazırlamaq, onların tətbiqinə nəzarət etmək
- Əməkdaşların gündəlik inzibati ehtiyaclarını koordinasiya etmək
- Ofis ləvazimatlarını, inventarı və digər inzibati resursları idarə etmək
- Təchizatçılar və xidmət göstərən şirkətlərlə kommunikasiya aparmaq
- Ofis infrastrukturu, texniki və təsərrüfat məsələlərini koordinasiya etmək
- Rəhbərliyin inzibati tapşırıqlarını icra etmək və koordinasiya etmək
Sənəd dövriyyəsi və arxiv işi
- Gələn və gedən sənədləri qeydiyyata almaq, təsnifləşdirmək, aidiyyəti departamentlərə yönləndirmək və lazım gəldikdə arxivləşdirmək
- Müqavilə, məktub, rəsmi yazışma və digər korporativ sənədlərin dövriyyəsinə nəzarət etmək
- Şirkət məlumatlarını və sənəd reyestrlərini aktual saxlamaq
Reception və qonaqların qəbulu
- Reception fəaliyyətini təşkil etmək və gündəlik idarə etmək
- Qonaqları qarşılamaq, ofisə giriş prosesini təşkil etmək və onları aidiyyəti şəxslərə yönləndirmək
- Gələn zəngləri, sorğuları və ümumi müraciətləri qəbul etmək
- Görüşləri və qonaq səfərlərini koordinasiya etmək
- Kuryer, poçt və sənəd çatdırılmalarının qəbulunu və göndərilməsini təşkil etmək
Tələblər
- Ali təhsil (biznes idarəetməsi, menecment və ya əlaqəli sahə üstünlükdür)
- Ofis administrasiyası, reception və ya sənəd dövriyyəsi sahəsində ən azı 2 il iş təcrübəsi
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi bilik; ingilis dilində işgüzar səviyyədə ünsiyyət; rus dili bilikləri üstünlükdür
- MS Office proqramlarından (Word, Excel, Outlook) və Microsoft Teams-dən sərbəst istifadə
- Kargüzarlıq və işgüzar yazışma qaydalarını bilmək
- Güclü təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə tapşırığı idarə etmə bacarığı
- Diqqətlilik, məsuliyyət və məxfiliyə riayət
- Peşəkar görünüş, xoş ünsiyyət və müştəri yönümlü yanaşma
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.