Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Qeydiyyatçı / Administrator (Təcrübəçi)

Studio 21Bakıda administrator vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Təcrübə proqramı
Dərc olunub
18 noyabr 2026
Baxış
664
Müraciət
42
Son müraciət tarixi
18 dekabr 2026

Bakı şəhərində Ofis və İnzibati işlər üzrə iş elanları

Vakansiya haqqında

Studio 21 Bakıda administrator axtarır. Təcrübə proqramı. Müraciət birbaşa işəgötürənə göndərilir.

Port Baku ərazisində fəaliyyət göstərəcək premium konseptli Art Studio üçün Qeydiyyatçı / Administrator vəzifəsinə təcrübəçi axtarılır.

Vəzifə öhdəlikləri:

  • Studiyaya gələn qonaqların və müştərilərin qarşılanması;
  • Müştərilərə studiyanın xidmətləri, dərslər və master-klasslar haqqında məlumat verilməsi;
  • Telefon zənglərinin və müraciətlərin cavablandırılması;
  • Dərs cədvəlinin və rezervasiyaların idarə edilməsinə dəstək göstərilməsi;
  • Müştəri məlumatlarının qeydiyyatının aparılması;
  • Gündəlik inzibati və təşkilati işlərə dəstək göstərilməsi;
  • Studiyada səliqəli və xoş qarşılanma mühitinin təmin edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil mütləqdir;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Səliqəli və baxımlı xarici görünüş;
  • Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
  • Komandada işləmək bacarığı.

Təcrübə proqramının şərtləri:

  • Təcrübə müddətində əməkhaqqı nəzərdə tutulmur;
  • Premium konseptli Art Studio-da praktiki təcrübə qazanmaq imkanı;
  • Müştəri xidməti və inzibati idarəetmə sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi;
  • Peşəkar komanda ilə işləmək və yeni təcrübə əldə etmək imkanı;
  • Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Studio 21 şirkətinin digər vakansiyaları

Studio 21 vakansiyaları