Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Administrator

Saena MMCBakıda administrator vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 noyabr 2026
Baxış
726
Müraciət
39
Son müraciət tarixi
19 dekabr 2026

Bakı şəhərində Ofis və İnzibati işlər üzrə iş elanları

Vakansiya haqqında

Saena MMC Bakıda administrator axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Administrator axtarılır!

Müasir və çoxfunksiyalı bir məkan — həm kafe, həm də müxtəlif təlimlər, görüşlər və media layihələri üçün nəzərdə tutulmuş rahat bir mühit üçün məsuliyyətli və təcrübəli administrator axtarılır.

Administrator məkanın gündəlik fəaliyyətinin təşkilinə, xidmət keyfiyyətinə və iş proseslərinin koordinasiyasına nəzarət edəcək.

Vəzifələr:

  • Məkanın gündəlik fəaliyyətinin təşkil edilməsi və iş proseslərinə nəzarət;
  • Əməkdaşların iş bölgüsünün aparılması və komandanın koordinasiyası;
  • Qonaqların qarşılanması, müraciət və istəklərinin operativ şəkildə həll edilməsi;
  • Rezervasiyaların, tədbir və görüşlərin təşkilinin koordinasiyası;
  • Xidmət keyfiyyətinə, daxili qaydalara və iş intizamına nəzarət;
  • Məhsul və digər zəruri ehtiyatların mövcudluğuna nəzarət, ehtiyacların vaxtında bildirilməsi;
  • Gündəlik işlərin və yaranan məsələlərin rəhbərliyə müvafiq qaydada hesabatlandırılması.

Namizədə tələblər:

  • Xidmət sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Komandanı idarə etmək və iş proseslərini koordinasiya etmək bacarığı;
  • Yüksək ünsiyyət və müştəri xidmətləri bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Təşkilatçılıq, məsuliyyətlilik və detallara diqqət;
  • Gərgin iş şəraitində və dinamik komandada işləmək bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Təşəbbüskar, punktual və nəticəyönümlü olmaq;
  • Rus və Azərbaycan dillərini səlis, İngilis dilini  bilmək arzuolunandır.

Biz təklif edirik:

  • Rahat və yaradıcı iş mühiti;
  • 1500 AZN əməkhaqqı + hər ay minimum 300 AZN bonus.

Yeni və dinamik bir məkanın fəaliyyətində rol almaq, komandanı idarə etmək və öz təcrübənlə iş proseslərinin inkişafına töhfə vermək istəyirsənsə — CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.

Oxşar vakansiyalar