Karqo idarəsi / Karqo satış qrupu / Aparıcı analitik
Azerbaijan AirlinesBakıda analitik vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 18 noyabr 2026
- Baxış
- 679
- Müraciət
- 35
- Son müraciət tarixi
- 18 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları
Vakansiya haqqında
Azerbaijan Airlines Bakıda analitik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Təsvir
- Karqo daşımaları üzrə məlumatları toplamaq, yoxlamaq və təhlil etmək;
- Satış, gəlir və reyslərin yüklənmə göstəriciləri üzrə hesabatlar hazırlamaq;
- Marşrutlar və agentlər üzrə satış nəticələrini müqayisə etmək və qiymətləndirmək;
- Plan və faktiki göstəricilər arasındakı fərqləri təhlil etmək, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək;
- Satış və gəlirlilik göstəriciləri üzrə proqnozlar hazırlamaq;
- Əməliyyat səmərəliliyinin artırılması üçün təkliflər vermək;
- Analitik hesabatların avtomatlaşdırılması prosesində iştirak etmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları, xüsusilə MS Excel üzrə biliklər;
- Power BI proqramı üzrə biliklər;
- Azərbaycan, ingilis və rus dillərini bilmək;
- Analitik düşünmə, məlumatları təhlil etmək və nəticələr çıxarmaq bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemlərin həlli və qərarvermə bacarıqları;
- Təqdimat və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı.
İş qrafiki:
- 5 günlük.
İş yeri:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.