Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)
Galeon Seafood MMCBakıda anbar müdiri vakansiyası
Maaş: 1.500 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 20 noyabr 2026
- Baxış
- 652
- Müraciət
- 33
- Son müraciət tarixi
- 20 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları
Vakansiya haqqında
Galeon Seafood MMC Bakıda anbar müdiri axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
- Anbar fəaliyyətinin gündəlik idarə olunmasını və iş proseslərinin düzgün təşkilini təmin etmək;
- Məhsulların qəbulu, saxlanılması, yerləşdirilməsi və göndərilməsinə nəzarət etmək;
- Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu aparmaq;
- Məhsul qalıqlarına, ehtiyatların hərəkətinə və inventarizasiyaya nəzarət etmək;
- Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- 1C proqramında anbar əməliyyatlarını və müvafiq sənədləşməni aparmaq;
- Anbar sənədlərinin düzgünlüyünü və məlumatların sistemə vaxtında daxil edilməsini təmin etmək;
- Məhsul itkilərinin, uyğunsuzluqların və uçot fərqlərinin qarşısını almaq;
- Anbar əməkdaşlarının işini təşkil etmək və fəaliyyətlərinə nəzarət etmək;
- Anbarda səliqə-sahmana, təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
- Digər struktur bölmələrlə koordinasiyalı şəkildə işləmək.
Namizədə tələblər
- Anbar sahəsində iş təcrübəsi;
- Rəhbər vəzifədə min 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- 1C proqramı üzrə yaxşı bilik və praktiki iş bacarığı;
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Anbar uçotu, inventarizasiya və hesabatların hazırlanması üzrə biliklər;
- Məhsul qalıqlarının və anbar ehtiyatlarının idarə olunması bacarığı;
- Yüksək məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti;
- İdarəetmə, komanda ilə işləmək və operativ qərarvermə bacarığı.
Üstünlük hesab olunur
- Qida və ya dəniz məhsulları sahəsində anbar idarəçiliyi təcrübəsi;
- Tez xarab olan məhsulların saxlanması və temperatur rejiminə nəzarət üzrə biliklər;
- Məhsulların saxlanma müddətinə və yararlılıq tarixlərinə nəzarət təcrübəsi;
- FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) və FEFO (yararlılıq müddəti daha tez bitən məhsulun ilk çıxarılması) prinsiplərini bilmək və tətbiq etmək bacarığı;
- Anbar proseslərinin optimallaşdırılması və məhsul itkilərinin azaldılması üzrə təcrübə.
İş şəraiti
- Əmək haqqı: 1 500 AZN;
- 6 günlük iş həftəsi;
- İş yeri: Lökbatan, Meyvəli ərazisi;
- Peşəkar və dinamik iş mühitində çalışma imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.